21 aprel 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - “Hədəfimiz Cənub Qaz Dəhlizini 2020-ci ildə tamamlamaqdır”
“Hədəfimiz Cənub Qaz Dəhlizini 2020-ci ildə tamamlamaqdır”
17.02.2017, 18:33

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger müxtəlif ölkələrdən siyasətçilərin, biznes strukturlarının nümayəndələrinin, elm adamlarının iştirak etdiyi bu konfransda təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Konfrans çərçivəsində enerji məsələləri ilə bağlı xüsusi “dəyirmi masa”nın keçirilməsinin əhəmiyyətini qeyd edən V.İşinger Münxen Təhlükəsizlik Konfransını uzun müddətdir dəstəkləyən və onun dostu olan Prezident İlham Əliyevi salamlayaraq dedi:

- Cənab Prezident, Siz bu konfransda dəfələrlə çıxış etmisiniz. Sizin ekspert biliyiniz təkcə enerji sahəsində vacib rol oynayan ölkənin rəhbəri kimi yox, ölkəyə on dörd il başçılıq edən bir şəxs kimi bizim üçün vacibdir. Ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Ölkənizə səfər etdikdə mənə dəfələrlə vaxt ayırdığınıza görə Sizə necə minnətdar olduğumu burada toplaşan insanlara çatdıra bilmirəm.

“Offshore Northern Seas” Fondunun prezidenti və baş icraçı direktoru Leif Yohan Sevland Münxen Təhlükəsizlik Konfransının artıq 50 ildən çoxdur mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildiyini bildirdi. O, konfransda enerji məsələləri, o cümlədən enerji təhlükəsizliyi sahəsində mövcud problemlərin və yeni çağırışların müzakirə edildiyi “dəyirmi masa”nın önəmini vurğulayaraq bildirdi:

- “Dəyirmi masa”da birinci çıxış edəcək və təqdim etməkdən qurur duyduğum natiq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir. Cənab Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə 2003-cü ildə seçilib, 2008-ci və 2013-cü illərdə isə bu vəzifəyə yenidən seçilib. Cənab Prezident, Sizin mənə güclü təsir bağışladığı tərcümeyi-halınızla tanış oldum. Prezident seçildikdən əvvəl Siz Azərbaycanda bir neçə yüksək səviyyəli sənaye və hökumət vəzifəsini tutmusunuz. Siz müstəqil Azərbaycanın neft strategiyasının geosiyasi aspektləri üzrə çoxsaylı tədqiqatların müəllifisiniz və siyasi elmlər üzrə doktor dərəcəsinə maliksiniz. Cənab İşinger Azərbaycanın neft və qaz istehsalı sahəsində əhəmiyyətli bir ölkə kimi vacibliyini, həm Şərq, həm də Qərb bazarları üçün strateji yerləşmənizi qeyd etdi. Biz Sizin enerji təhlükəsizliyi ilə bağlı fikirlərinizi eşitmək istəyirik. Prezident Əliyev, buyurun.

 

Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış etdi:

- Çox sağ olun. Əvvəlcə dəvətə görə səfir İşingerə minnətdarlığımı bildirmək istəyirəm. Münxen Təhlükəsizlik Konfransı kimi belə qlobal əhəmiyyətə malik olan bir tədbirdə iştirak etmək məndə həmişə məmnunluq doğurur. Əlbəttə, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq.

Əlbəttə, bu gün regionumuzun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsi haqqında danışdıqda biz Azərbaycanın enerji strategiyasının əvvəlinə - 1990-cı illərin ortalarına qayıtmalıyıq. O zaman həm daxili, həm də xarici çoxsaylı çətinlikləri olan, Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan, yalnız üç il müstəqil olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etmişdi. Bu, tarixi bir addım idi və nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. İndi isə bu addım regionun enerji xəritəsini dəyişmişdir. Biz sadəcə həmin vaxtdan bir il əvvəl vətəndaş müharibəsi, işğal, 1 milyon qaçqın və köçkünü olan və uğurlu inkişaf üçün heç bir imkanları olmayan ölkəyə investisiyalar cəlb etməyə nail olduq. Bizim üçün o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Buna görə 1990-cı illərin ortaları bizim üçün vacib bir dövr idi. Biz investisiyaları cəlb etdik, aparıcı enerji şirkətləri ilə Azərbaycanın nəhəng neft yataqlarından istehsala başladıq və neftimizi nəql etmək üçün çoxsaylı boru kəməri sistemini inşa etdik. Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir.

Sonra biz Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrildik. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq. Lakin istehsalçılar üçün də şaxələndirmə nəzərdə tutulur, xüsusilə bu istehsalçıların Azərbaycan kimi açıq dənizə çıxışı olmadıqda.

 

Yeri gəlmişkən, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb.

Bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə biz “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır. Azərbaycanda böyük qaz yataqlarını aşkar edən kimi bu qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub. İndi Cənub Qaz Dəhlizi, məndə olan məlumata görə, Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir. Gələcək illərdə ən azından 3 ölkə bu layihəyə qoşulacaq. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.

 

Mən bu yaxınlarda Brüsseldən qayıtmışam və biz cənab Şefçoviçlə bu vacib layihəni müzakirə etdik. Həmçinin bu layihəni Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentləri ilə müzakirə etmişəm. Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsi üzrə strateji tərəfdaşlıq haqqında imzalanmış memorandum var. Bu gün Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir. Beləliklə, bütün bu tərəflərin maraqlarını təmin etmək asan iş deyil. Bu səbəbdən Avropa Komissiyası ilə birlikdə biz “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurası adlanan formatı işə saldıq. Artıq Məşvərət Şurasının iki iclası Bakıda keçirilib və üçüncü iclas cənab Şefçoviçin iştirakı ilə fevral ayının 23-də baş tutacaq. Mühüm nailiyyətlər var. Sizə deyə bilərəm ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin icrasının təqribən 65 faizi artıq tamamlanıb. Cənubi Qafqaz boru kəməri adlanan digər bir seqmentin icrasının 80 faizə yaxın hissəsi tamamlanıb və TAP adlanan Trans-Adriatik boru kəməri təqribən 34-35 faiz icra olunub. Dünyada ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsi artıq 90 faiz tamamlanıb. Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır.

 

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin bütün dörd seqmentinin səhmdarıdır və Azərbaycan investor qismində də çıxış edir. Biz, həmçinin Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından vəsaitləri cəlb etdik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından maliyyə vəsaitinin ayrılmasını gözləyirik. Beləliklə, bu, ölkəmizin təşəbbüskarı olduğu həqiqətən də geniş maliyyə, infrastruktur, texniki, enerji layihəsidir və biz bununla qürur duyuruq.

Əlbəttə, bu ölkələr arasında yeni əməkdaşlıq formatı regionda tamamilə yeni bir əməkdaşlıq ruhunu yaradır. Bu, birgə bağlılıq, yəqinlik, etibarlılıq və tərəfdaşlıq yaradır. Beləliklə, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək.

 

“Dəyirmi masa”da Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının şaxələndirilmə imkanları, bu sahədə mövcud cəhdlər, həmçinin neft qiymətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

Prezident Dövlət Komitəsini ləğv etdi
20.04.2018, 19:09

Prezident Dövlət Komitəsini ləğv etdi

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
20.04.2018, 19:00

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
20.04.2018, 18:56

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
20.04.2018, 18:42

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
20.04.2018, 18:39

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
20.04.2018, 18:35

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
20.04.2018, 18:21

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
20.04.2018, 18:06

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

Eldar Mahmudov məhkəməyə verilib
20.04.2018, 17:36

Eldar Mahmudov məhkəməyə verilib

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
20.04.2018, 17:35

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Kikboksçularımız Londonda yığışır   
20.04.2018, 17:33

Kikboksçularımız Londonda yığışır  

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
20.04.2018, 17:31

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10%)
İmtahan qiymətləri normalıdr(5%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(75%)
İmtahan qiymətləri azaldılmalıdır(2.5%)
İmtahan qiymətləri artırılmalıdır(7.5%)