22 iyul 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - Artkaspi.az saytının təqdimat mərasimi keçirilib
Artkaspi.az saytının təqdimat mərasimi keçirilib +
17.02.2017, 18:48

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az ədəbi-mədəni saytının və “Kaspi - maarifçilik meydanı” kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkəmizin ictimai-siyasi fikir tarixində "Kaspi” qəzetinin özünəməxsus yerinin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 1881-ci ildən işıq üzü görən "Kaspi” qəzeti əvvəlcə həftədə 1, sonra 3 dəfə olmaqla oxucuların görüşünə gəlsə də, 1884-cü ildən etibarən Azərbaycanın ilk gündəlik mətbu orqanı kimi nəşr olunmağa başlayıb: "Əgər biz "Kaspi”nin fəaliyyətini mərhələlərə bölsək, bu barədə çox danışmaq olar. Ancaq bir məsələni heç zaman unutmaq olmaz ki, Azərbaycanda 1892-ci ildə "Kəşkül” qəzetinin son sayları işıq üzü görürdü. Bu müddətdə "Kəşkül”dən sonra Azərbaycan dilində çıxan qəzet 1903-cü ildə nəşrə başlayan "Şərqi-rus” oldu. Uzun müddət Azərbaycan dilində qəzet olmadı. Məhz belə bir dövrdə Azərbaycan dilli qəzetə olan tələbatı "Kaspi” yerinə yetirməyə başladı. Ona görə də "Kaspi” qəzeti 1897-ci ildən etibarən azərbaycançılıq ideologiyasının, maarifçiliyin daşıyıcısı kimi, ana dilində oxucularla görüşə gəlir, diqqəti cəlb edirdi. Müasir "Kaspi” qəzeti də maarifçilik missiyasını öz çiyinlərində şərəflə daşıyır, Azərbaycan dilində olmaqla, hər gün müxtəlif janrlara aid yazılarla oxucularının görüşünə gəlir. Hazırda isə "Kaspi” qəzeti "Kaspi” – Maarifçilik meydanı” adlı yeni kitabı, eyni zamanda "Artkaspi.az” saytını oxucularına təqdim edir. Beləliklə "Kaspi” qəzeti ictimai, siyasi, mədəni, ədəbi missiyasını indi də davam etdirir. Eyni zamanda, "Kaspi” qəzetinin 1881-ci ildən nəşr olunmağa başlayan nömrələrinin arxivi də əldə edilərək www.kaspi.az saytında yerləşdirilib. Hər bir oxucu, araşdırmaçı, mətbuat tariximizlə bağlı tədqiqat işi görən insanlar "Kaspi” qəzetinin saytına daxil olmaqla bu arxivdən faydalana bilərlər”.

"Kaspi” – Maarifçilik meydanı” adlı yeni kitabdan söhbət açan Ə.Amaşov bildirib ki, burada 2013-2015-ci illərdə "Kaspi” qəzetində dərc olunmuş Nəsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer alıb. O qeyd edib ki, yeni kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Şura sədri "Artkaspi.az” saytından da söhbət açaraq deyib ki, yeni internet resursunda Azərbaycan və dünya ədəbiyyatına dair nümunələr, yazılar oxuculara təqdim ediləcək

"Kaspi” Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevada "Kaspi” – Maarifçilik meydanı” kitabından danışaraq qeyd edib ki, yeni vəsait XIX əsrin sonu, XX əsrin əvvəlində ağır, məşəqqətli, lakin şərəfli fəaliyyət yolu keçmiş, ömrünü-gününü xalqına, millətinə həsr etmiş Azərbaycanın görkəmli maarifçi mütəfəkkirlərinin ruhuna növbəti minnətdarlıqdır. O, kitabdakı materialların zaman-zaman "Kaspi” qəzetinin xüsusi buraxılışlarında oxuculara təqdim olunduğunu vurğulayıb. S.Vəliyeva sələflərimiz olan "Kaspi”çilərin, yeni kitabda haqlarında bəhs edilən maarifçilərin hər birinin həyatının ayrı-ayrılıqda bir kitabın və neçə-neçə tədqiqatın mövzusu olduğunu da qeyd edib. Bildirib ki, ruhlarına minnətdarlığın ifadəsi kimi ərsəyə gələn bu kitab onların fəaliyyətinin kiçik bir hissəsini əhatə edir: "Kitabda haqqında bəhs edilən ziyalılarımızın yubileylərinin qeyd olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları, onların həyat və fəaliyyətləri, maarifçilik missiyasına xidmət edən addımları barədə məlumatlar, araşdırma yazılar, müsahibələr, arxiv materialları yer alıb. Bu kitab "Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin milli, tarixi irsimizə dəyər verərək ərsəyə gətirdiyi növbəti nəşrdir. Bununla biz xalqımızın mənəvi və tarixi irsinin qorunub saxlanması, nəşr olunub gələcək nəsillərə ötürülməsində də "Kaspi” ənənələrini davam etdirməyə çalışırıq. Azərbaycanın maarifpərvər ziyalıları maarifçilik ideyasını ortaya ataraq, maarifçilikdən çıxış edərək, milli şüurun, milli azadlıq hərəkatının formalaşmasında mühüm rol oynayıblar. Onlar müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulmasına qədər olan milli mücadilə yolunda böyük iz qoyublar. Əgər çar Rusiyası bilsəydi ki, "Kaspi” qəzeti və oraya cəm olan maarifpərvər ziyalılar milli şüurun formalaşmasında, azadlıq ruhunun oyanmasında bu qədər mühüm rol oynayacaqlar, o zaman bu qəzetin nəşrinə imkan verməzdi”

S.Vəliyeva deyib ki, bu cür ziyalılarımızla, maarifçilərimizlə qürur duyur, onların keçdiyi şərəfli yolu öyrənir, gələcək nəsillərə də çatdırırıq: "Belə insanlar haqqında minlərlə kitablar yazılsa da, azdır. Onların Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbində yaşamağa haqqı var. "Kaspi” – Maarifçilik meydanı” kitabı da məhz bu məqsədə xidmət edəcək. Bu addımın məfkurəsində ümummilli lider Heydər Əliyevin siyasətinin əsası dayanır. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməzdən öncə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edərkən 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin bütün atributlarını qəbul edib, ilk dəfə üçrəngli, ay-ulduzlu bayrağımızı məhz həmin vaxt Ali Məclisə gətizdirib. 1993-cü ildə hakimiyyətə gələndən sonra isə demokratik cümhuriyyətin qurulmasında rolu olmuş, lakin sovet hakimiyyəti qurulduqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalmış, xaricdə vəfat etmiş maarifçi ziyalılarımızın məzarlarının Azərbaycana – öz Vətənlərinə gətirilməsinə çalışıb. Bununla yanaşı, o, həmin ziyalılarımızın şəcərəsinin araşdırılması, arxivlərinin ölkəyə gətirilməsi istiqamətində də göstərişlər verib. Prezident ilham Əliyev isə ölkə rəhbəri olduğu müddətdə həmin şəxslərin yubileylərinin ən yüksək səviyyədə qeyd olunması üçün sərəncamlar imzalayıb. "Kaspi” – Maarifçilik meydanı” kitabını bu istiqamətdə həyata keçirilən tədbirlərə kiçik bir töhfə kimi də dəyərləndirmək olar”

Sonra "Artkaspi.az” saytının redaktoru, gənc şair Fərid Hüseyn yeni internet resursu haqqında geniş məlumat verib. Bildirib ki, saytda Azərbaycan, Şərq və Qərb ədəbiyyatı nümunələri yer alacaq. Eyni zamanda burada yazarlarla müsahibələr, dəyirmi masalar, sorğular, tənqid, ədəbiyyatşünaslıq yazıları və sair bu kimi materiallar oxuculara təqdim olunacaq.

"Kaspi” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev mətbu orqanın arxivinin əldə edilərək ölkəyə gətirilməsi, geniş oxucu auditoriyasına çatdırılması barədə məlumat verib. O, bildirib ki, üç əsrin qəzeti sayılan "Kaspi”nin varisləri olaraq, daim "Kaspi” irsini təbliğ etmək əsas vəzifə kimi qarşıya qoyulub: "Bu istiqamətdə fəaliyyətimizi qurarkən bizə məlum oldu ki, tarixi "Kaspi”nin arxivi Avropa ölkələrinin birindədir. Mümkün əlaqələrimizi işə saldıq və öyrəndik ki, tarixi "Kaspi”nin bütün nüsxələri elektron variantda qorunur, Hollandiyadakı Jack Levinson nəşriyyatının onlayn mənbəsində saxlanılır. Dəqiqləşmələrdən sonra danışıqlar apardıq, bizim üçün olduqca dəyərli olan həmin arxivi alaraq ölkəmizə gətirdik. Həmin arxivdən istifadənin texniki cəhətdən məhdud olduğunu nəzərə alaraq, onu "PDF” formatına saldıq və kaspi.az saytında ayrıca bölmədə yerləşdirdik. Çox böyük əmək sərf etmək müqabilində buna nail olduq. Hazırda Azərbaycanın və dünyanın istənilən yerindən hər bir şəxs bizim qəzetin saytı vasitəsilə həm tarixi "Kaspi”nin arxivi ilə, həm də müasir "Kaspi”nin yazıları ilə tanış ola bilər. Zamanla hiss etdik ki, bizim milli xəzinəmizə - tarixi "Kaspi”nin arxivinə olduqca böyük tələbat var. Qəzet mühitində maraqlanan şəxslərin bu tələbatını ödəmək mümkün deyil. Ona görə də qərara gəldik ki, tarixi "Kaspi”nin arxivini daha əlçatımlı etmək üçün onu Azərbaycan Milli Kitabxanasına təqdim edək. Beləliklə də, tədqiqatçılara, tələbələrə bu mənbəyə daha asan çıxış imkanını yaradaq”.

Baş redaktor İ.Quliyevin çıxışından sonra Sona Vəliyeva tarixi "Kaspi”nin "hard-disk”ə yazılmış elektron variantını Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova təqdim edib.

Təqdimat mərasimində Milli Kitabxananın direktoru ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tənqidçi Əsəd Cahangir və başqaları da çıxış edərək fikirlərini bölüşüblər.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıdakı yanğında 4 müəllim və 5 abituriyent ZƏHƏRLƏNİB   
22.07.2017, 16:46

Bakıdakı yanğında 4 müəllim və 5 abituriyent ZƏHƏRLƏNİB  

Yaqub Mahmudovdan dərslik qalmaqalına REAKSİYA
22.07.2017, 16:38

Yaqub Mahmudovdan dərslik qalmaqalına REAKSİYA

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar açılıb
22.07.2017, 16:15

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar açılıb

İlham Əliyev Misir Prezidentini təbrik edib
22.07.2017, 16:09

İlham Əliyev Misir Prezidentini təbrik edib

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”   
22.07.2017, 16:00

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”  

“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - MÜSAHİBƏ
22.07.2017, 15:48

“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - MÜSAHİBƏ

Bəzi universitetlərdə təhsil haqqı artırılıb - QİYMƏTLƏR
22.07.2017, 15:31

Bəzi universitetlərdə təhsil haqqı artırılıb - QİYMƏTLƏR

I və IV qrupların imtahanlarında qaydaları pozanların nəticələri ləğv olundu   
22.07.2017, 15:13

I və IV qrupların imtahanlarında qaydaları pozanların nəticələri ləğv olundu  

Bağlanmış qəzetlərin baş redaktorları: “O qəzetlər bir də açılmayacaq”   
22.07.2017, 15:08

Bağlanmış qəzetlərin baş redaktorları: “O qəzetlər bir də açılmayacaq”  

Milli Məclisin komitə sədri üçün ÖZƏL GÜN   
22.07.2017, 15:00

Milli Məclisin komitə sədri üçün ÖZƏL GÜN  

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər
22.07.2017, 14:50

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Əli Həsənov jurnalistlərin mənzil bölgüsündən narazı qalanlara CAVAB VERDI  
22.07.2017, 14:47

Əli Həsənov jurnalistlərin mənzil bölgüsündən narazı qalanlara CAVAB VERDI  

“Prezidentin jurnalistlərlə bağlı təşəbbüsü həm də vətəndaş cəmiyyətinə qayğıdır”   
22.07.2017, 14:35

“Prezidentin jurnalistlərlə bağlı təşəbbüsü həm də vətəndaş cəmiyyətinə qayğıdır”  

Bakıda universitetdə baş verən yanğın söndürülüb, 4 nəfər zəhərlənib
22.07.2017, 14:28

Bakıda universitetdə baş verən yanğın söndürülüb, 4 nəfər zəhərlənib

“Builki mətbuat bayramı jurnalistlər üçün ikiqat əlamətdardır”
22.07.2017, 14:25

“Builki mətbuat bayramı jurnalistlər üçün ikiqat əlamətdardır”

Prezidentlərin qəfil görüşü Qarabağa nə vəd edir? - ŞƏRH  
22.07.2017, 14:15

Prezidentlərin qəfil görüşü Qarabağa nə vəd edir? - ŞƏRH  

İranın hərbi gəmiləri Bakıya gəlib   
22.07.2017, 14:06

İranın hərbi gəmiləri Bakıya gəlib  

Bayramı göz yaşları içində qeyd etməzlər
22.07.2017, 14:05

Bayramı göz yaşları içində qeyd etməzlər

Dövlət Baytarlıq Xidmətindən “Ukraynadan təhlükəli quş əti gətirilir” iddiasına CAVAB   
22.07.2017, 13:20

Dövlət Baytarlıq Xidmətindən “Ukraynadan təhlükəli quş əti gətirilir” iddiasına CAVAB  

Oğru qadınlar tutuldular   
22.07.2017, 13:12

Oğru qadınlar tutuldular  

Ağsuda iki azyaşlı kanalda boğulub    
22.07.2017, 13:09

Ağsuda iki azyaşlı kanalda boğulub  

Bakıda universitet binasında yanğın - FOTO   
22.07.2017, 13:00

Bakıda universitet binasında yanğın - FOTO  

Bakıda daha iki yeni rayon yaradıla bilər   
22.07.2017, 12:49

Bakıda daha iki yeni rayon yaradıla bilər  

Uca xaqanıma minnətdarlıqla
22.07.2017, 12:45

Uca xaqanıma minnətdarlıqla

Sabahın hava PROQNOZU - 40 dərəcə İSTİ   
22.07.2017, 12:31

Sabahın hava PROQNOZU - 40 dərəcə İSTİ  

22.07.2017, 12:26

"Qarabağ" - "Şerif" matçının hakimləri bəlli oldu  

Zakir Qaralov vəzifəli şəxslər haqda cinayət işinin açılmasını tapşırdı
22.07.2017, 12:21

Zakir Qaralov vəzifəli şəxslər haqda cinayət işinin açılmasını tapşırdı

Həsən bəy Zərdabinin Nəbatat Bağındakı büstü ziyarət olunub
22.07.2017, 12:03

Həsən bəy Zərdabinin Nəbatat Bağındakı büstü ziyarət olunub

Baş redaktor işçisinin mənzil ala bilməməklə bağlı İTTİHAMINA cavab verib  
22.07.2017, 11:45

Baş redaktor işçisinin mənzil ala bilməməklə bağlı İTTİHAMINA cavab verib  

Niyə məhz Zərdabinin “Əkinçi”si, bəs ondan əvvəl çıxan qəzetlər?...   
22.07.2017, 11:38

Niyə məhz Zərdabinin “Əkinçi”si, bəs ondan əvvəl çıxan qəzetlər?...  

Sumqayıt şəhərində “gül oğrusu” tutulub
22.07.2017, 11:16

Sumqayıt şəhərində “gül oğrusu” tutulub

Rusiyada iki azərbaycanlı yaralanıb   
22.07.2017, 11:15

Rusiyada iki azərbaycanlı yaralanıb  

Ağdam 24 il əvvəlin 22 iyulunda - Keçmiş döyüşçü: “İşğal öncəsi orduda hərc-mərclik yaranmışdı”   
22.07.2017, 11:01

Ağdam 24 il əvvəlin 22 iyulunda - Keçmiş döyüşçü: “İşğal öncəsi orduda hərc-mərclik yaranmışdı”  

Mətbuat nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər
22.07.2017, 10:38

Mətbuat nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  
22.07.2017, 10:32

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.25%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.75%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.5%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(22.5%)