Modern.az

Avropa İttifaqı Dağlıq Qarabağdakı  "referendum"u tanımayacaq

Avropa İttifaqı Dağlıq Qarabağdakı  "referendum"u tanımayacaq

17 Fevral 2017, 20:01

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının mətbuat xidməti Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum"la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?