Modern.az

Prezidentlər Azərbaycan və Əfqanıstan əlaqələrini müzakirə edib

Prezidentlər Azərbaycan və Əfqanıstan əlaqələrini müzakirə edib

17 Fevral 2017, 20:15

Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin fevralın 17-də Münhendə görüşü olub. Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycanla Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib.

Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib.

Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı ölkələr arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir