Modern.az

Avtomobili evakuatorla  aparılan sürücüdən gözlənilməz addım - VİDEO

Avtomobili evakuatorla  aparılan sürücüdən gözlənilməz addım - VİDEO

17 Fevral 2017, 21:04

Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü gözlənilməz hərəkəti ilə diqqət çəkib. Modern.az saytı "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sürücü maşınının arxasıca qaçaraq hərəkətdə olan evakuatorun üzərindəki avtomobilinə minir. Evakuatorun sürücüsü isə bunu görsə də , heç nə olmamış kimi yoluna davam edir.

Görüntülər Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində qeydə alınıb. Sürücü dayanma-durma qaydasını pozduğuna görə avtomobili evakuatora yüklənərək duracağa aparılır. Avtomobilinin aparıldığını görən sürücü isə maşının arxası ilə qaçmağa başlayır.

Nəhayət, sürücü xeyli məsafəni qaçdıqdan sonra maşına çata bilir.

İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət bilən sürücü üstünə çıxıb və öz avtomobilinə əyləşib. Bununla da həm öz həyatını təhlükəyə atıb, həm də digərlərinə qəza şəraiti yaradır.

Evakuatorun sürücüsü bunu görsə də, heçnə olmamış kimi hərəkəti davam etdirib.

Yol hərəkəti üzrə ekspert Ərşad hüseynov isə bu halda hərəkət iştirakçılarının hər ikisinin qayda pozduğunu deyir.

Ekspertin sözlərinə görə evakuatorların da iştirak etdiyi qəzaların sayı kifayət qədərdir. Sırf belə halların qarşısını almaq üçün qayda pozanların hər ikisi cərimələnməlidir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir