Modern.az

200 qadını zorlayan İŞİD-çinin dəhşətli ETİRAFLARI

200 qadını zorlayan İŞİD-çinin dəhşətli ETİRAFLARI

17 Fevral 2017, 21:29

Kürd peşmərgələrinə əsir düşən İŞİD üzvü Ömər Hüseyn 200-dən artıq qadını zorladığını etiraf edib. Modern.az xəbər verir ki, “Reuters” agentliyinə açıqlama verən Hüseyn əsasən yezdi kürdlərini və İraqda yaşayan digər dini və milli azlıqların nümayəndələrini zorladığını etiraf edib.

 

21 yaşlı terrorçu 2016-cı ilin oktyabrında Kərkükə hücum zamanı kürdlərə əsir düşüb. İŞİD-in şəhərə hücumu zamanı 99 dinc sakin və 63 terrorçu ölmüşdü.

 

“Yerli İŞİD komandirləri mənə yezdiləri zorlamağa icazə verirdi. Gənc kişilərə bu lazımdır. Bu normaldır”.

 

O, qruplaşma yeni ərazilər əkə keçirdikcə, evdən evə keçərək qadınları zorladığını deyib.

 

Bundan başqa, İŞİD-çi 500 nəfəri öldürdüyünü də etiraf edib.

 

“Kimi güllələmək lazımdırsa, güllələyirdik, kimin başını kəsmək lazımdırsa, kəsirdik. Əvvəlcə çətin idi amma sonra get-gedə daha da asan olurdu”.

 

Kürd peşmərgələri Hüseyni həbs etdikləri zaman onun öz qolları ilə plastik qandalı qırdığını da bildiriblər. Terrorçu qruplaşamaya qoşulma səbəbi kimi kasıbçılığı əsas gətirib. O, 14 yaşında "Əl-Qaidə"yə qoşulduğunu, 2014-cü ildə Mosul alınandan sonra isə İŞİD-ə qatıldığını etiraf edib.

 

“Mənim pulum yox idi. Heç kəs mənə bu düzgündür, bu səhvdir, demirdi. İşim də yox idi”.

 

Xatırladaq ki, 2014-cü ilin yayında İraqda geniş ərazilər işğal edən İŞİD onminlərlə yezdi kürdünü girov götürmüşdü.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi