Modern.az

“Vatan kokusu”nun Türkiyədə təqdimatı oldu - FOTOLAR

“Vatan kokusu”nun Türkiyədə təqdimatı oldu - FOTOLAR

Aktual

17 Fevral 2017, 21:31

Muğla Universitetində Qənirə Paşayevanın “Vatan kokusu” kitabının imza mərasimi olub. Modern.az saytı xəbər verir ki, tədbirdə Muğla valisi, bələdiyyə sədrinin müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimləri, tələbələr, QHT və KİV rəsmiləri iştirak edib. Təqdimat və imza mərasimində türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasimində iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axısxa, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

O bildirib ki, dünyanın harasında doğulub, yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməli və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməlidir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir