23 iyul 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - "Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq" - Prezident
"Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq" - Prezident
17.02.2017, 21:46

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq". Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Prezident daha sonra vurğulayıb ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır: "Bundan başqa, ermənilər bizim bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin, Şuşa məscidinin dağıdılması erməni vəhşiliyinin açıq-aydın sübutudur. Bu, təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır".

Dövlət başçısı qeyd edib ki, Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir: "Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. Çünki XIX əsrdəki köçürülmədən sonra bu vilayətin əhalisinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. Beləliklə, Azərbaycanın bu qədim və ayrılmaz hissəsi muxtariyyət statusu aldı və Sovetlər İttifaqının dağılması ərəfəsində Ermənistan separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başladı, dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər, kəndlərimizi yandırdılar, evlərimizi dağıtdılar və təkcə Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonu da işğal etdilər. Bu təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etdi, xüsusilə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur və biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Oxşar qərarlar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edilmişdir. Bütün bu qərarlar, qətnamələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir".

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiya hərbi gəmiləri Bakıda - VİDEO
23.07.2017, 20:24

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO

İranda qatar relsdən çıxdı
23.07.2017, 20:11

İranda qatar relsdən çıxdı

Bərdə sakini Kürdə batdı
23.07.2017, 19:41

Bərdə sakini Kürdə batdı

Ərdoğanın rektor təyin etdiyi professor öldü
23.07.2017, 17:55

Ərdoğanın rektor təyin etdiyi professor öldü

Batmış gəmidən 4 ton qızıl tapıldı 
23.07.2017, 17:32

Batmış gəmidən 4 ton qızıl tapıldı 

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı
23.07.2017, 17:04

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23.07.2017, 17:00

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 
23.07.2017, 16:44

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 

İnsanın iradəsi azaddırmı?
23.07.2017, 16:25

İnsanın iradəsi azaddırmı?

Dənizdə batan 2 nəfər xilas edilib
23.07.2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib

23.07.2017, 15:52

"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" - kitabı çıxan Rey Kərimoğlu 

Rusiya ABŞ-ı qorxuya salıb
23.07.2017, 15:32

Rusiya ABŞ-ı qorxuya salıb

Yetim Eyvaz vəfat etdi
23.07.2017, 15:27

Yetim Eyvaz vəfat etdi

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı   
23.07.2017, 14:54

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı  

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 
23.07.2017, 14:42

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI
23.07.2017, 14:12

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır
23.07.2017, 13:57

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

Mənimlə Ağdamı tikməyə gedərsənmi?
23.07.2017, 13:41

Mənimlə Ağdamı tikməyə gedərsənmi?

Bitə baxıb köynəyi yandırmayın!
23.07.2017, 13:29

Bitə baxıb köynəyi yandırmayın!

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı
23.07.2017, 12:49

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı

Sabahın hava proqnozu
23.07.2017, 12:38

Sabahın hava proqnozu

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”
23.07.2017, 12:33

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”

Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Yaxınlarımızın, doğmalarımızın meyitləri pis gündə idi”
23.07.2017, 12:13

Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Yaxınlarımızın, doğmalarımızın meyitləri pis gündə idi”

Türkiyə yenə silkələndi 
23.07.2017, 11:56

Türkiyə yenə silkələndi 

Çində tikinti kranı aşıb: 7 ölü
23.07.2017, 11:40

Çində tikinti kranı aşıb: 7 ölü

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlanıb
23.07.2017, 11:25

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlanıb

Deputat Ağalar Vəliyev üçün özəl gün
23.07.2017, 11:08

Deputat Ağalar Vəliyev üçün özəl gün

Çaylarda sululuq səviyyəsi AÇIQLANDI
23.07.2017, 10:24

Çaylarda sululuq səviyyəsi AÇIQLANDI

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ
23.07.2017, 09:52

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ

Düşmən atəşkəsi 126 dəfə pozdu
23.07.2017, 09:37

Düşmən atəşkəsi 126 dəfə pozdu

Piyada keçidində yaşlı kişiyə hücum etdilər - BAKIDA
23.07.2017, 09:31

Piyada keçidində yaşlı kişiyə hücum etdilər - BAKIDA

Sumqayıtda 8 mənzilli binada yanğın 
23.07.2017, 09:26

Sumqayıtda 8 mənzilli binada yanğın 

Yəmənə endirilən aviazərbələrdə 8 nəfər öldü
23.07.2017, 00:57

Yəmənə endirilən aviazərbələrdə 8 nəfər öldü

Misirdə Yaxın Şərqin ən böyük hərbi bazası açılıb
23.07.2017, 00:40

Misirdə Yaxın Şərqin ən böyük hərbi bazası açılıb

BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək
23.07.2017, 00:24

BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.13%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(71.5%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.40%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.27%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)