Modern.az

Abşeronda evləri su basdı: 6 nəfər təxliyyə edildi

Abşeronda evləri su basdı: 6 nəfər təxliyyə edildi

17 Fevral 2017, 21:56

Abşeronda evləri su basıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir