30 mart 2017, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - "Neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir"
"Neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir"
17.02.2017, 22:21

"Bizim siyasətimiz həmişə belə bir çox vacib amilə əsaslanıb ki, neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb. Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik". Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Prezident daha sonra vurğulayıb ki, ötən ilin büdcəsində neftin bir barrelinin qiyməti 25 dollar götürülsə də, o zaman bir barrelin qiyməti 40 dollara yaxın idi: "Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar - Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq".

 

İlham Əliyev bildirib ki, Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib: "Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik. Ötən dövr ərzində biz yüksək texnologiyalar sahəsinə də investisiyalar qoymuşuq və bu gün Azərbaycan kosmik kluba üzv ölkədir. Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq".

Prezident təhsil sahəsində də böyük işlər görüldüyünü bildirib: "Bizdə demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalimiz var. Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, - onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, - bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək. Bizi dünyada indi daha çox tanıyırlar və Əl-Cəzirə televiziya kanalının sayəsində ərəb dünyasında da daha çox tanınırıq. Çünki siz Azərbaycan haqqında bir neçə təqdimat hazırlamısınız. Artıq iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı da işlər aparılır. Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik".

Azərbaycan Prezidenti əlavə edib: "Enerji resurslarımıza gəldikdə, hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik.

 

Növbəti inkişaf mərhələsi biz nəhəng qaz yataqları aşkar etdikdə başladı. Bizə investisiyaları cəlb etmək və həmçinin qaz boru kəmərləri tikmək lazım idi. Beləliklə, bu proses bir neçə il bundan öncə başladı və bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir".

 

Dövlət başçısı deyib ki, eyni zamanda, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir: "Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək. Bizim enerji layihələrimiz əslində nəqliyyat layihələrinin reallaşmasına təkan verib. Çünki nəqliyyat şəbəkəsinin marşrutuna nəzər yetirsəniz görəcəksiniz ki, o, qaz boru kəməri ilə üst-üstə düşür. Bizim əlverişli coğrafi mövqeyimiz var, lakin infrastruktursuz bu mövqeyin heç bir mənası yoxdur. Hətta regional əməkdaşlıq olmadan infrastrukturun özü belə heç bir məna kəsb etmir. Buna görə də bizim siyasətimiz birinci olaraq infrastruktura sərmayə yatırmaqdan ibarət idi.

Biz indi Xəzər dənizində 25 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük dəniz limanı inşa edirik, 6 beynəlxalq hava limanı tikmişik və Azərbaycan artıq hava nəqliyyatı qovşağına çevrilir. Biz Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən avtomagistral yolları inşa etmişik. Biz daha sürətli çatdırmaya nail olmaq üçün dəmir yollarımızı müasirləşdiririk. Eyni zamanda, biz gəmiqayırma zavodu tikmişik. Bu zavodda indi bizim Xəzər dənizindəki ehtiyaclarımız üçün gəmi və tankerlər istehsal olunur. Beləliklə, bu, işlərin bir hissəsi idi. İkinci hissə qonşularla razılaşmanın əldə edilməsi idi. Çünki malların tranziti üçün qonşularla birgə işləmək lazımdır. Bu, bizim siyasətimizin prioritetlərindən biri idi. Beləliklə, biz qonşularımızla çox yaxşı işgüzar əlaqələr yaratdıq və indi də “Şərq-Qərb Nəqliyyat Dəhlizi” layihəsini icra edirik. Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə - məhz iki həftəyə qədər azaldacaq. Biz indi, eyni zamanda, qonşularımızla Cənub-Şimal dəhlizi üzərində işləyirik. Bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Biz Cənub-Şimal dəhlizi layihəsi ilə bağlı öhdəliyimizi artıq yerinə yetirmişik. Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini tikmişik. Qonşularımızın da öz ərazilərində fəaliyyətlərini və işlərini başa çatdırmasını gözləyirik. Buna görə də bir neçə ildən sonra Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək və biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir, çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq deməkdir. Çünki qonşularınızla belə münasibətdə olduqda siz sabitliyə, əməkdaşlığa, proqnozlaşdırıla bilinməyə investisiya qoymuş olursunuz. Regiondakı bütün ölkələr bir-birinə bağlı olur. Bu da yaxşı haldır. Çünki bu, sabitlik amillərindən biridir. Beləliklə, bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir".

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.03.2017, 22:28

Putinin Krımı ilhaq edən, İŞİD-lə vuruşan xüsusi təyinatlıları – Onlar ABŞ üçün təhlükədir

30.03.2017, 22:25

“Qarabağ” yenə “Neftçi”yə qalib gəlib: 2:0

30.03.2017, 22:11

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

30.03.2017, 21:48

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30.03.2017, 21:35

Düşənbədəki səfirliyimizdə soyqırımı qurbanları anıldı

30.03.2017, 21:22

Birinci sinfə qəbul üzrə 28 000-dən çox müraciət olub

30.03.2017, 21:13

“Ya silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər”

30.03.2017, 20:57

“Meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur” - Qənirə Paşayeva

30.03.2017, 20:42

Hacıqabulda Qafqaz İslam Ordusuna abidə ucaldılıb

30.03.2017, 20:29

Çayda batan uşağın axtarışı davam edir

30.03.2017, 20:15

Bacısı Sevinc Osmanqızıdan imtina edir

30.03.2017, 20:03

Cəlilabadda satış üçün hazırlanan 30-dan artıq at cəmdəyi tapıldı - FOTOLAR

30.03.2017, 18:56

“Öpüşmək rezonans doğuracaq məsələ deyil, lakin…”- Psixoloq rəyi

30.03.2017, 18:45

"İranın zərərli fəaliyyətinin qarşısını almaq ABŞ və Türkiyənin ortaq hədəfidir"

30.03.2017, 18:38

Çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30.03.2017, 18:27

Azərbaycanda yüksək texnologiyalı protez sexi qurulacaq - SƏRƏNCAM

30.03.2017, 18:16

Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

30.03.2017, 17:54

Azərbaycanda icra başçısının müavininin arvadı özünü asdı

30.03.2017, 17:44

Bakı Şopinq Festivalı əməkdaşlığa dəvət edir

30.03.2017, 17:38

Milli Məclis aprelin 7-də toplanacaq - GÜNDƏLİK

30.03.2017, 17:34

Dollar BAHALAŞDI

30.03.2017, 17:30

Azercell şəbəkəsini gücləndirməyə davam edir

30.03.2017, 17:26

Azərbaycanın eks-naziri BMT-nin mükafatına layiq görüldü

30.03.2017, 17:08

Şirkət rəhbərinin ölümü ilə bağlı yeni AÇIQLAMA: “Razi Vəliyevi sərxoş sürücü öldürüb”  

30.03.2017, 16:53

Magistraturaya sənəd verənlərin sayı niyə azalıb? - Rəsmi CAVAB

30.03.2017, 16:42

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

30.03.2017, 16:37

BDU-da “Abay” kitabının təqdimat mərasimi keçirilib

30.03.2017, 16:35

ADU-da 31 Mart gününə həsr olunan dəyirmi masa keçirilib

30.03.2017, 16:31

Türkiyə səfiri Erkan Özoralı BMAM rəhbərliyilə görüşdü

30.03.2017, 16:31

Nuru paşa Hacı Zeynalabdin Tağıyevin qızını istəyib, milyonçu isə...” - GİZLİ TARİX

30.03.2017, 16:23

CIA, BND, MI6 və Fətullah Gülən...

30.03.2017, 16:03

3 min xəstə növbə gözləyir – Parlamentdə məsələ qaldırıldı

30.03.2017, 16:01

İnsanların psixologiyası pozulub, ağsaqqal, qarasaqqal sayan yoxdur

30.03.2017, 16:00

General Rasim Musayevin 1992-ci il VİDEOSU üzə çıxdı

30.03.2017, 15:57

Putin Trampla Finlandiyada görüşmək istəyir

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.14%)
Azərbaycan Dövlət İqtisad Universiteti(6.21%)
Bakı Dövlət Universiteti(16.8%)
Bakı Ali Neft Məktəbi(1.18%)
Azərbaycan Dillər Universiteti(49.1%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.66%)
Azərbaycan Texniki Universiteti(2.07%)
Azərbaycan Tibb Universiteti(2.66%)
Bakı Slavyan Universiteti(1.77%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(13.3%)