22 iyul 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Prezidentin soyadını götürməyən yeni birinci ledi - Özbəkistanda onun haqqında çox şey bilmirlər - FOTOLAR
Prezidentin soyadını götürməyən yeni birinci ledi - Özbəkistanda onun haqqında çox şey bilmirlər - FOTOLAR +
18.02.2017, 09:30

2016-cı il dekabrın 4-də Şövkət Mirziyoyev Özbəkistanın yeni prezidenti seçildi. Mirziyoyev İslam Kərimovdan sonra ölkə tarixinin ikinci prezidenti kimi tarixə düşdü. Yeni prezidentlə yanaşı, ölkənin yeni birinci ledisinin şəxsiyyəti də mətbuatın diqqətini özünə cəlb etdi. Adətən qapalı və mühafizəkarlığı ilə seçilən Özbəkistanda ölkə başçılarının ailə üzvləri haqqında məlumatlar az olsa da, yerli jurnalistlər birinci xanımla bağlı müəyyən məlumatı toplaya biliblər.

 

Modern.az saytı Özəbkistanın yeni birinci ledisi Ziroatxon Hoşimova haqqında məlumatı təqdim edir.

 

Ziroatxon Hoşimova Özbəksitandakı Fərqanə vadisinin Kokand şəhərində doğulub. Uşaqlıqda nəvazişlə Oyxon deyə çağırılan Ziroatxonın atası Mahmudjon əkə avtoritar və sərt ailə başçısı olub. O, Mərkəzi Asiya Dəmir Yolu Xəttinin İşçi Təminatı şöbəsinin rəisi olub. Mahmudjon Hoşimov Sovet dövrü üçün kifayət qədər imkanlı şəxs sayılırdı.

 

O qızı Ziroatxona ən yaxşı təhsili verməyə çalışıb və öz təkidi ilə qızını Daşkənddə Kənd  Təsərrüfatının İrriqasiyası və Mexanizasiyası İnstitutunda iqtisadçı-mühəndis ixtisasına yiyələnməyə vadar edib. Ziroatxon Hoşimova institutu fərqlənmə diplomu ilə bitirib. Elə həyat yoldaşı Şövkət Mirziyoyevlə də həmin institutda tanış olub.  O vaxtlar Şövkət Mirziyoyev  institutun komsomol komitəsinin katibi idi. Lakin qızın valideynləri cütlüyün birliyinə qarşı çıxıblar. Bununla belə geri çəkilməyən Şövkət Mirziyoyev ölkənin bir çox hörmətli şəxslərinin dəstəyi ilə istəyinə nail olub və qızın valideynlərindən izdivac razılığı ala bilib.

 

Şövkət Mirziyoyev və Ziroatxon Hoşimovanın 3 övladının olması məlumdur- qızları Şahnoza və Səidə, oğulları Alişer. Onlar haqqında kifayət qədər az məlum olsa da, xarici mətbuat Şahnoza Mirziyoyevanın evli olaraq Moksvada yaşadığını və 2011-ci ildə İsrail klinikalarından birində uşaq dünyaya gətirdiyini yazır.
Hazırki prezidentin kürəkənləri - Şahnoza Mirziyoyevanın əri Otabekin və Səidə Mirziyoyevanın əri Oybekin Özbəkistanda geniş restoran və bazar biznesinin olduğu bildirilir. Onlar prezident İslam Kərimovun ölümündən sonra mövqelərini daha da möhkəmləndiriblər.

Özbəkistanın yeni prezidentinin oğlu Alişer Mirziyoyevə gəlincə, onun yaşca hələ balaca olduğu, orta məktəbdə oxuduğu bildirilir...

 

Maraqlıdır ki, yeni birinci ledi Ziroatxon Hoşimova öz qızlıq soyadını saxlayaraq, ərinin soyadını götürməyib. Analoji addımı onun bacısı Səyyarə də atıb. Güman olunur ki, qızlar bununla öz ataları Mahmudjon Hoşimova ehtiramlarını bildirmək istəyiblər.

Yeri gəlmişkən, hazırki prezidentin baldızı Səyyarə Hoşimovanın qızı Diora Rusiyanın ən varlı şəxsi, özbək əsilli milyarder Alişer Usmanovun qardaşı oğlu Babur Usmanovla evli olub. Lakin onların evliliyi 2013-cü ilin mayında Babur Usmanovun yol qəzasında həlak olması ilə dağılıb.

 

Maraqlıdır ki, Özbəkistanın yeni birinci xanımı Ziroatxon Hoşimovanın fotoları uzun illər idi ki, ictimaiyyətdən gizli saxlanılırdı. Ümumiyyətlə, İslam Kərimovun dövründə ölkədə heç bir şəxs ictimai diqqəti özünə cəlb etməyə cəsarətlənmirdi. Hesab olunur ki, bu addım dövlət başçısının qəzəbinə səbəb olmamaq üçün atılırdı. Hətta Şövkət Mirziyoyev haqqında məlumatlar internetdə o, baş nazir təyin olunduqdan 3 il sonra, 2006-cı ildə yerləşdirilmişdi. İndiki birinci ledi Ziroatxon Hoşimova haqda bilgilər isə ilk dəfə 2016-cı ilin noybarında, Liberal-Demokrat Partiyasının rəsmi internet saytında qısa formada təqdim olunmuşdu.


“Şövkət Mirziyoyevin xanımı ixtisasca iqtisadçı mühəndisdir, hazırda evdar xanımdır”, deyə həmin qısa məlumatda yazılıb.

 

Yaxın illərdə həyat yoldaşını xarici səfərlərdə müşayiət edəcək Ziroatxon Hoşimova və övladları haqda daha çox məlumatların açıqlanacağı istisna deyil.

 

Vüqar İSMAYILOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mətbuat nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər
22.07.2017, 10:38

Mətbuat nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  
22.07.2017, 10:32

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  

Bakı-Quba yolunda ağır qəza - ana və azyaşlı qızı yaralanıb
22.07.2017, 10:17

Bakı-Quba yolunda ağır qəza - ana və azyaşlı qızı yaralanıb

Ermənilərin başına pul qoyduğu Milli Qəhrəmanın anım günüdür   
22.07.2017, 10:15

Ermənilərin başına pul qoyduğu Milli Qəhrəmanın anım günüdür  

Milli Mətbuat günü necə təsis olundu? - TARİX   
22.07.2017, 10:06

Milli Mətbuat günü necə təsis olundu? - TARİX  

Gəncədə Endokrinoloji xəstəxananın açılışı olub
22.07.2017, 09:49

Gəncədə Endokrinoloji xəstəxananın açılışı olub

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
22.07.2017, 09:46

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

İlham Əliyev Putinlə Qarabağ məsələsini müzakirə edib
22.07.2017, 09:09

İlham Əliyev Putinlə Qarabağ məsələsini müzakirə edib

Modern.az-dan təqdim olunan yazı mükafata layiq görülüb
22.07.2017, 08:55

Modern.az-dan təqdim olunan yazı mükafata layiq görülüb

Piylənmədən əziyyət çəkirsinizsə MÜTLƏQ OXUYUN
22.07.2017, 08:47

Piylənmədən əziyyət çəkirsinizsə MÜTLƏQ OXUYUN

Bu gün 27961 abituriyent qəbul imtahanı verir   
22.07.2017, 08:38

Bu gün 27961 abituriyent qəbul imtahanı verir  

Göyçaydakı qəzada 3 nəfər xəsarət aldı
22.07.2017, 00:59

Göyçaydakı qəzada 3 nəfər xəsarət aldı

Bakı küçələrində qeyri-adi avtomobil - VİDEO
22.07.2017, 00:42

Bakı küçələrində qeyri-adi avtomobil - VİDEO

Xəzərdə zəlzələ olub
22.07.2017, 00:24

Xəzərdə zəlzələ olub

Milli mətbuatın yaranmasından 142 il ötür
22.07.2017, 00:10

Milli mətbuatın yaranmasından 142 il ötür

Fələstin İsraillə bütün əlaqələri dondurub
21.07.2017, 23:54

Fələstin İsraillə bütün əlaqələri dondurub

İlham Əliyevlə Putin arasında görüş keçirilib - YENİLƏNİB, FOTOLAR
21.07.2017, 23:40

İlham Əliyevlə Putin arasında görüş keçirilib - YENİLƏNİB, FOTOLAR

ABŞ-ın yanlış zərbəsi bir neçə əfqan hərbçinin həyatına son qoydu
21.07.2017, 23:29

ABŞ-ın yanlış zərbəsi bir neçə əfqan hərbçinin həyatına son qoydu

Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək
21.07.2017, 23:13

Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək

Türkiyədə 5 ballıq zəlzələ oldu
21.07.2017, 22:59

Türkiyədə 5 ballıq zəlzələ oldu

Ağ Evə yeni mətbuat katibi təyin edildi
21.07.2017, 22:44

Ağ Evə yeni mətbuat katibi təyin edildi

Yol polisi toy karvanlarına nəzarəti gücləndirir - VİDEO
21.07.2017, 22:28

Yol polisi toy karvanlarına nəzarəti gücləndirir - VİDEO

Dənizdə batan 1 nəfər xilas edilib
21.07.2017, 22:12

Dənizdə batan 1 nəfər xilas edilib

İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib
21.07.2017, 21:58

İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib

Venesueladakı aksiyalarda 100 nəfər öldü
21.07.2017, 21:45

Venesueladakı aksiyalarda 100 nəfər öldü

“Mənzil ala bilməyən jurnalistləri təmkinli olmağa çağırıram” - Əflatun Amaşov
21.07.2017, 21:29

“Mənzil ala bilməyən jurnalistləri təmkinli olmağa çağırıram” - Əflatun Amaşov

Trampın mətbuat katibi istefa verib
21.07.2017, 21:11

Trampın mətbuat katibi istefa verib

"Bizi heç də asan olmayan iki oyun gözləyir" - Baş məşqçi
21.07.2017, 20:54

"Bizi heç də asan olmayan iki oyun gözləyir" - Baş məşqçi

Bakıda Misirin milli bayramına həsr olunan rəsmi qəbul keçirilib
21.07.2017, 20:40

Bakıda Misirin milli bayramına həsr olunan rəsmi qəbul keçirilib

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib
21.07.2017, 20:26

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI
21.07.2017, 19:58

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib
21.07.2017, 19:00

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
21.07.2017, 18:45

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

Təşəkkürlər, möhtərəm prezidentimiz!..
21.07.2017, 18:37

Təşəkkürlər, möhtərəm prezidentimiz!..

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı
21.07.2017, 18:34

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.26%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70.8%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.79%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.53%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)