Modern.az

Vahid Əhmədov nazirləri geridə qoydu

Vahid Əhmədov nazirləri geridə qoydu

18 Fevral 2017, 10:16

Son dövrlər dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi nəticəsində milli valyutanın devalvasiyaya uğraması, dolların bahalaşması, ərzaq və qeyri-ərzaq mallahrının qiymətlərindəki artımlar, kommunal xidmət haqlarının yüksəlməsi əhalini qayğılandırıb.

Bütün bu yaşananlar fonunda yaxın və uzaq gələcəklə bağlı müxtəlif proqnozlar verilməkdədir. 

Azərbaycanda iqtisadi sahədə tanınmış rəsmi və qeyri-rəsmi simaların yaxın və uzaq gələcəklə bağlı proqnozlarında həm nikbinlik, həm də bədninlik notları diqqət çəkir… İqtisadi proseslərin bu qarmaqarışıq dövründə verilən pornoz və şərhlərə yanaşmalar da müxtəlifdir. Hamı eyni iqtisadçıya inanıb, etibar etmir. Çünki tanınmış iqtisadçıların verdikləri proqnozlar bəzən özünü doğrultsa da, bir çox hallarda əksi baş verir.

Modern.az saytı oxucularla keçirdiyi “Hansı iqtisadçıya güvənirsiniz?adlı sorğunu yekunlaşdırıb.


Maraqlıdır ki, respondentlər rəsmi vəzifələr tutan iqtisadçı və maliyyəçilərə etibar etmədiklərini göstəriblər

Sorğunun nəticələrindən belə məlum olur ki, respondentlərin ən çox etimad göstərdiyi iqtisadçı deputat Vahid Əhmədovdur. Belə ki, sorğuya qatılanların 60,1 faizi Vahid Əhmədova güvəndiyini ifadə edib. Bununla da o, Elman Rüstəmov, Şahin Mustafayev, Samir Şərifov, Rüfət Aslanlı, Fazil Məmmədov, Natiq Əmirov kimi rəsmi şəxsləri geridə qoyub.


Sorğuda ikinci yeri müstəqil iqtisadçı Qubad İbadoğlu tutub – 21,9 faiz.


Respondentlərin üçüncü güvəndiyi iqtisadçı deputat əli Məsimlidir – 6,63 faiz.


Sorunun ümumi nəticələri aşağıdakı kimidir:


Hansı iqtisadçıya güvənirsiniz?

 

Vahid Əhmədov (60.1%)

Qubad İbadoğlu (21.9%)

Əli Məsimli (6.63%)

Şahin Mustafayev (2.28%)

Elman Rüstəmov (2.07%)

Natiq Əmirov (2.07%)

Samir Şərifov (1.65%)

Ziyad Səmədzadə (1.65%)

Rüfət Aslanlı (0.82%)

Fazil Məmmədov (0.62%)

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir