Modern.az

Türk hərbçiləri Rusiyaya səfər edə biləcək

Türk hərbçiləri Rusiyaya səfər edə biləcək

18 Fevral 2017, 20:41

Türk hərbçilərin Rusiyaya səfərlərinə qoyulan qadağa aradan qaldırıla bilər. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı yaxın zamanda bununla bağlı qərar verəcəyi gözlənilir. 

Qeyd edək ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra  tətbiq edilib.  Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir