Modern.az

Rusiya separatçı rejimlərin pasportlarını tanıdı

Rusiya separatçı rejimlərin pasportlarını tanıdı

18 Fevral 2017, 21:34

Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmanda Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin Rusiya ərazisində tanındığı əksini tapıb.

Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır. Daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk “xalq respublikaları”nın pasportlarını rəsmi olaraq tanımır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu