Modern.az

Gəncədə yanan "Moskviç"in sürücüsü yaralanıb

Gəncədə yanan "Moskviç"in sürücüsü yaralanıb

18 Fevral 2017, 23:32

Gəncədə "Moskviç -2715" markalı avtomobil yanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin şərq çıxışında Yeni Qəsəbə adlanan ərazidə baş verib.

Kəlbəcər rayon sakini, 1962-ci il təvəllüdlü Həsənov Kamil Mədət oğlu ona məxsus avtomobil idarə edərkən avtomobildə alışma baş verib. Sürücü dərhal maşını tərk edib və yanğını söndürməyə cəhd edib, lakin buna nail ola bilməyib. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən maşın tamamilə alışmış avtomobili söndürüb.

Yanğın zamanı avtomobilini söndürməyə çalışan sürücü əlindən yanıq xəsarətləri alıb və ona ambulator tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?