Modern.az

"NATO məhv ola bilər" - Rasmussendən şok AÇIQLAMA

"NATO məhv ola bilər" - Rasmussendən şok AÇIQLAMA

19 Fevral 2017, 00:04

“NATO ilə ABŞ arasında əməkdaşlığın zəifləməsi bu alyansın etibarını sarsıdacaq və yəqin ki, özünün ölümünü ifadə edəcək”.

Modern.az saytının xarici KİV-ə  istinadən məlumatına görə, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Münhen Təhlükəsizlik Konfransında belə açıqlama ilə çıxış edib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp NATO ilə əməkdaşlığı zəiflədəcəksə, bu, təhlükəli olacaq.

“ABŞ öz öhdəliklərinə tərəfdar çıxmasa, NATO məhv olacaq”-deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl NATO-nu köhnəlmiş təşkilat adlandırmışdı.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir