Modern.az

Astarada piyada vurulub

Astarada piyada vurulub

19 Fevral 2017, 00:25

Astarada avtomobil yolu keçən 30 yaşlı piyadanı vurub.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Astara sakini, 1987-ci il təvəllüdlü  Murad  Abdullayev “Opel” markalı avtomobil tərəfindən vurulub. Ağır kəllə-beyin travması alan piyada dərhal sürücü tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi