Modern.az

Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirilib - FOTOLAR

Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirilib - FOTOLAR

19 Fevral 2017, 00:41

Türkiyənin  Burdur  vilayətində “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirilib. Modern.az saytı xəbər verir ki, Burdurda Mehmet Akif  Ersoy Universitetində keçirilən tədbirdə ilk öncə Xocalı soyqırımını əks etdirən foto sərginin açılışı olub. Millət vəkili Qənirə Paşayeva  Burdur Mehmet Akif  Ersoy Universitetinin rektoru Dr.Adem Korkmaz, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova,  Burdur vali və bələdiyyəsinin rəsmiləri QHT və KİV təmsilçiləri, müəllim və tələbələr sərginin açılışında iştirak ediblər.

 

Millət vəkili Qənirə Paşayeva sərgi iştirakçılarına fotolarla Xocalıda baş verən faciə barədə geniş məlumatlar verib. Sərginin açılışından sonra yüzlərlə tələbənin, müəllimlərin geniş iştirak etdiyi  “Tarixin qara ləkəsi: Xocalı soyqırımı”  adlı tədbir keçirilib və Q.Paşayeva bu mövzuda geniş məruzə ilə çıxış edib.Tədbirin açılışında çıxış edən tədbirin təşkilaçısı  Burdur Mehmet Akif  Ersoy Universitetinin rektoru Dr.Adem Korkmaz, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri  Dr.Nəcibə Nəsibova, dosent Esma Özdaşı  Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar. Şəhidlərimizi rəhmətlə anırıq deyə sözə başlayan millət vəkili Q.Paşayeva   Azərbaycan xalqının soyqırıma məruz qaldığını  dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının  bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib.

 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, ermənilərin 25 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq.

Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili  20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında,  20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb: "Dünyanın bəzi ölkələri gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.   Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ probleminin həlli, Xocalı soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasına çalımaq harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

 

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb: "Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasında sosial mediada səylərin artırılması, işin sürətləndirilməsi vacibdir. Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın  insan haqları deyərək  bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən  pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar  Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik“.  

 

Tədbirin sonunda  Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova “Xocalı laylası” və “Ayağa qalx ey Türk oğlu” əsərlərini  ifa edib.

 

Tədbirin sonunda millət vəkili Q. Paşayevaya və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibovaya, Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.

 

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Burdurda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər