Modern.az

Güclü külək Lerikdə bir sıra problemlər yaradıb

Güclü külək Lerikdə bir sıra problemlər yaradıb

19 Fevral 2017, 01:09

Güclü çovğun və külək Lerik rayonunda bir sıra problemlər yaradıb. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, dünən axşam saat 16-dan başlayan çovğun və güclü külək xüsusən Lerik- Zuvand yolunda problemlər yaradıb.

Rayonun Qosmalian, Kəlvəz, Pirəsora, Orand, Nuravud, Blabənd, Mondigah, Çayrud, Tikəband, Veri və ümumilikdə 12 ərazi vahidliyini əhatə edən kəndlərlə nəqliyyat əlaqəsi çətinləşib.

Çovğunlu hava nəticəsində yüksəkliklərdə olan qar kütləsi ətrafa səpələnib. Nəticədə yollar bağlanıb.

Qeyd edək ki, bu ərazilərdə yağan qarın qalınlığı 1 metrdən çoxdur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir