Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

19 Fevral 2017, 12:04

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz   7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək  772  mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər