Modern.az

"Türkiyə Dağlıq Qarabağda keçiriləcək "referendum"un nəticələrini əsla tanımayacaq"

"Türkiyə Dağlıq Qarabağda keçiriləcək "referendum"un nəticələrini əsla tanımayacaq"

Aktual

19 Fevral 2017, 14:57

​ Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar sabah qondarma “Dağlıq Qarabağ Respublikası”nda  keçiriləcək “referendum”la bağlı bəyanatında verib. O bildirib ki, bu “referendum”un beynəlxalq hüquq, BMT-nin  Təlükəsizlik Şurasının qanunları və ATƏT-in prinsiplərini pozduğu açıqca ortadadır.

 

“26 fevral 1992-ci il tarixində Xocalıda silahsız Azərbaycan vətəndaşlarının Erməsitan əsgərləri tərəfindən kütləvi şəkildə öldürülməsinin 25-ci il dönümünə bir neçə gün qalmış keçiriləcək bu referendum açıqca bir təhrik hərəkətidir.  

 

Bölgədəki işğalı qalıcı vəziyyətə gətirmək üçün atılan bu addım, sülh prosesinə təməlindən zərər verəcək və bu referendumun nəticələri Türkiyə tərəfindən əsla tanınmayacaq. 25 ildir işğal altında tutulan Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrindən olan 1 milyondan çox Azərbaycan vətəndaşı öz torplaqlarından uzaqda məcburi köçkün həyatı yaşamaqdadır. Atılması ən vacib olan ilk addım bu insanların doğulduqları torpaqlara qayıtması, işğalın sonlanmasıdır. ATƏT-in Minsk Qrupu tez bir zamanda Dağlıq Qarabağ probleminin həllini tapmaldır”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir