Modern.az

"Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

"Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

9 Noyabr 2009, 12:12

Noyabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıtın yaradılmasının 60 illiyi münasibətilə “Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” mövzusunda keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Mərasim şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutacaq. 

Bəstəkarlar İttifaqının katibi, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar incəsənət xadimləri, bəstəkar Mobil Babayev, musiqişünas Həcər Babayeva, ABİ-nin məsləhətçisi, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən edib. Musiqisi İlham Abdullayevə, sözləri isə Vahid Əzizə məxsus olan “Sumqayıt lövhələri” əsəri I yerə layiq görülüb. Münsiflər heyətinin qərarına görə, Ədviyyə Rəhmətovanın Zivər Ağayevanın sözlərinə bəstələdiyi “Sumqayıt”, musiqisi və sözləri Emil Murada məxsus olan “Gözəl Sumqayıt” mahnıları II, musiqisi Nərminə Nağıyevaya, sözləri isə Qafqaz Əvəzoğluna məxsus olan “Sumqayıtım” mahnısı isə III yeri qazanıblar. 

Qeyd edək ki, müsabiqədə qalib gələn əsərlər Sumqayıt şəhərinin 60 illiyinə həsr olunan qala-konsertdə ifa ediləcək  
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir