Modern.az

Cəlilabaddakı qəzada məktəb direktoru öldü - Yenilənib

Cəlilabaddakı qəzada məktəb direktoru öldü - Yenilənib

19 Fevral 2017, 20:15

Cəliabadda yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunlar, Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.

 

 

18:20

 

Bu gün Cəlilabad rayonunda dəhşətli yol qızası baş verib. Modern.az Lent.az-a istinadən  xəbər verir ki, Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsində - Qarazəncir və Alar kəndlərinin arasındakı ticarət mərkəzinin qarşısında iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerindəcə keçinib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, qəza avtomobillərdən biri köməkçi yoldan magistral yola çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir