Modern.az

Qurbanov məğlub komandasından da razı qaldı

Qurbanov məğlub komandasından da razı qaldı

Aktual

19 Fevral 2017, 20:29

"Hər iki komanda üçün vacib oyun idi. Məğlub olmağımıza baxmayaraq, komandamdan razı qaldım". Modern.az saytı xəbər verir ki, bu sözləri "CBC Sport"a  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi bildirib ki, komandanın oyununda müəyyən məqamlarda problem yaşanıb: "Sadəcə son nöqtəni tamamlayanda problem olurdu. "Qəbələ" azarkeşlərini də təbrik edirəm. Sonda isə öz azarkeşlərimizə təşəkkürümü bildirirəm, bu çətin səfərdə də bizi tək qoymadılar".

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə bildirib ki, hər iki komanda əla çıxış edib: “Gözlədiyim hər şey baş verdi. Meydanda ciddi, keyfiyyətli, yüksək səviyəli oyun gedirdi. Bu cür oyunda qələbə qazanmaqdan çox razıyam. Görüşün əvvəllərində təzyiqdən yaranmış bəzi səhvlərimiz var idi, ancaq sonradan hər şey düzəldi. Bu da psixoloji amillərlə bağlıdır. Ancaq tədricən komanda öz oyunun tapdı. Komandam ən yaxşı sözlərə layiqdi”.

Qeyd edək ki, oyun "Qəbələ"nin  2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar