Modern.az

“Demokratiya koofisenti”  adlı mobil əlavə yaradılır

“Demokratiya koofisenti”  adlı mobil əlavə yaradılır

19 Fevral 2017, 21:26

“Demokratiya koofisenti”  adlı mobil əlavə yaradılması nəzərdə tutulub. Mobil əlavə məhşur "Kim milyoncu olmaq istəyir?" formatında hazırlanacaq.  Bu mobil əlavə istifadəçilərə demokratiya və insan hüquqları ilə bağlı sualları cavablandırmağa və sonda bu sahədəki bilikləri barədə dəyərləndirmə aparmağa imkan verəcək. Mobil əlavə android platformasında işləyən  mobil telefonlar üçün yaradılacaq. Mobil əlavə ilə bağlı geniş məlumatlandırma tədbirləri keçiriləcək". Modern.az xəbər verir ki, bunu Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyinin eksperti Qadir Ibrahimli bildirib.

Qadir Ibrahimlinin sözlərinə görə, layihə fəaliyyətərindən biri kimi //bizimmekteb.org/- Virtual İnsan Hüquqları Məktəbi-resursunun təkmilləşdirilməsi planlaşdırılır: "Hazırda bu istiqamətdə işlər həyata keçirilir. Layihə çərçivəsində 10 tanınmış ictimai xadim, vətəndaş cəmiyyəti fəalının  demokratiya, insan haqları  və informasiya azadlığı ilə bağlı mümkün islahatlar, qanunverciliyin təkmilləşdirilməsi və s. mövzularda yazdığı məqalələr KİV vasitəsilə tirajlanacaq. Sonda bu məqalələrdəki təkliflər sistemləşidirləcək və ümumiləşdirilərək hökumətə təqdim olunacaq. Layihə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində dəstəklənir. Bu layihənin icrası Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyinin eksperti Qadir Ibrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir. Layihənin məqsədi gənclərin demokratiya, insan hüquqları ilə bağlı biliklərinin  artırılmasıdır. Eyni zamanda  insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin təşviqi  də layihənin məqsədlərı sırasına daxildir".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər