Modern.az

Mobil telefonla radarların yerini müəyyənləşdirməyin CƏZASI YOXDUR - VİDEO

Mobil telefonla radarların yerini müəyyənləşdirməyin CƏZASI YOXDUR - VİDEO

19 Fevral 2017, 23:09

Yollardakı bütün radarları göstərir. Yaxınlaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir. İndiyə kimi isə avtomobillərdə anti radar cihazlardan istifadəyə edən sürücülər 800 manat məbləğində cərimə olunub. Modern.az saytı "Xəzər xəbər"ə istinadən xəbər verir ki, anti-radar qurğuları radarların işinə mane törətdiyi üçün qadağan edilsə də, eyni işi indi mobil telefonlarda proqramlar əvəz edir. Sürücülər bu üsulla həm radarlardan yan keçirlər, həm də cərimələnmirlər. Bütün yeni model telefonların dəstəklədiyi bu proqram ölkəmizdə də populyarlıq qazanır. Sürücülülər istədikləri belə anti radar proqramları öz   telefonlarına yükləyə bilərlər. Yüklənməsi və istifadəsi pulsuz olan bu proqramlardan demək olarki, əksər sürücülər istifadə edir. Bu üsulla sürücülər 1 km əvvəlcədən radarın olduğundan xəbərdar olurlar.

Məsələylə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov anti radarlar cihazlarından fərqli olaraq bu proqramların istifadəsinə heç bir qadağa yoxdur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir