Modern.az

Avropalı partiya sədrləri Dağlıq Qarabağa səfərdədir

Avropalı partiya sədrləri Dağlıq Qarabağa səfərdədir

19 Fevral 2017, 23:28

Azərbaycanın işğal altındakı torpaqlarında sabah keçiriləcək “konstitusiya referendumu” ilə bağlı Dağlıq Qarabağa bir sıra xarici ölkələrin nümayəndələri müşahidəçi qismində səfər edəcək.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, belə müşahidəçilərin sayını artmaqda davam edir.

“Bolqarıstanın Xilası Milli Cəbhəsi” partiyasının sədri Valeri Simeonovun başçılıq etdiyi bolqar nümayəndə heyəti, Almaniyanın Ermənistandakı keçmiş səfiri Rayner Morel, Avropa parlamentinin deputatı Eleni Teoxarius (Kipr), “Kipr Həmrəylik Hərəkatı”nın sədri İoannisa Selinopulos artıq Qarabağdadırlar.

 

Bundan başqa, Latviya, Sloveniya, İspaniya, Böyük Britaniya, Rumıniya, Slovakiya, Belçika və s. ölkələrdən də nümayəndə heyətləri də “referendum”u müşahidə edəcək.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!