Modern.az

Antena qurmaq istəyən ağır xəsarət aldı

Antena qurmaq istəyən ağır xəsarət aldı

Aktual

20 Fevral 2017, 00:12

Goranboy rayon sakini qarnından ağır xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Baxçakürd kənd sakini 1997-ci il təvəllüdlü Ruslan Həsənov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Yaxınlarının dediyinə görə, R. Həsənov yaşadığı evdə çanaq antena quran zaman hündürlükdən yerə yıxılıb və qarnını dəmir batıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!