22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Özü həlak oldu, 4 ay sonra övladı doğuldu - “Aprel şəhidi”nin Həyat HEKAYƏTİ - FOTOLAR
Özü həlak oldu, 4 ay sonra övladı doğuldu - “Aprel şəhidi”nin Həyat HEKAYƏTİ - FOTOLAR +
20.02.2017, 10:08

Vətəni qibləgah edən şəhidlər - XLVIII


Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir…


“ -…Ana bizim Yuxarı  Əbdürrəhmanlı kəndindəki evimizin dəqiq yerini xatrlayırsan, ora necə getmək olar?

- Ay oğul, o kəndin yolunu neynirsən ki?

- Nə bilim vallah, ay ana, bəlkə yolum düşdü, getdim, dünyanın işini bilmək olmaz.

-Allah düşmənin evini yıxsın, ay bala, gör bir neçə ildir, həsrətik  yurdumuza, evimizə-ocağımıza…

-Ana, fikir eləmə,  bir də xəbər tutacaqsan ki, kəndimizi qaytarmışıq, ya mən ordakı evimizin qabağına bayraq sancacağam, ya da burdakı evimizin qabağına mənim üçün bayraq sancacaqlar…

-Bala, bəsdi-bəsdi… sən get-gedə ağlını itirirsən, bu nə sözdü danışdın… Ora bayrağı sanc, burada elə bayraq sancılmasını Allah heç  kiməgöstərməsin…”.

 
Bu söhbət Səyyar  Knyaz oğlu Quliyevin anası Şöhlə ilə son dialoqu oldu. Bu  söhbətdən sonra, anasının üzündən öpüb ayrılımışdı.  Yaxın qohum-əqrabanın, qardaş-bacılarının da evinə gedib, Bahar bayramı münasibəti ilə bayramlaşmış, hərəsinin könlünü bir cürə sevindirdmişdi. Səyyar qohumcanlı, ailəcanlı idi. Dostları da, doğmaları da bilirdilər ki, bu səxavətli oğlan bir tikəsini də tək yeməzdi. Və beləcə hamı ilə görüşüb getdi…


Səyyar gedən gündən Şöhlə ananın əlləri qoynunda qaldı. Qadın heç özünə yer tapa bilmirdi. Elə hey ürəyində fikirləşirdi ki, görəsən oğlu Əbdürrəhmanlıdakı evin yerini niyə belə soruşdu,  o nə bayraq məsələsi idi… Sonbeşiyi ilə son danışıqları bir düyün kimi ürəyini deşirdi. 
Aprelin 1-dən başlayaraq cəbhənin 30 kilometirliyində yerləşən  Füzulinin Zobucuqdakı 4-cü köçkün qəsəbəsinin bütün həyətlərində qarşı tərəfdən açılan silah eşidilrdi. 2008-ci ildən hökumətin köçkünlərr üçün inşa etdiyi bu düşərgədə  elə bir gün olmurdu ki, güllə səsinə yatıb, güllə səsinə oyanmayalar. Əvvəl elə bildilər ki, yenə həmişəki atışmalardandır, iki tərəf bir-biribnə güllə atıb, dayanacaq. 22 il bundan əvvəl  imzalanan atşəkəsi pozurlar. Qəsəbənin böyüyündən kiçiyinə qədər hamı bilirdi ki, bu 22 ildə cəbhə bölgəsində elə müharibənin ilk günlərində olduğu qədər qurban vermişdilər. Düzdür, ermənilərin açdıqları atəşlərdən Azərbaycan tərəfin əsgərləri, dinc sakinləri həlak olmuşdusa, Azərbaycan əsgərləri də qisası qiyamətə qoymamışdılar. Bir ildən artıq idi ki,  güllə səsləri lap tez-tez eşidilirdi.


Oğlu Səyyar da 2014-cü ildən gedib yenidən Milli Orduya yazıldıqdan sonra, Şöhlənin ürəyi heç  açılmırdı.  Müharibənin əvvəlindən nə qədər itki vermişdilər, qohum-əqrabadan, qonşularından nə qədər adam şəhid olmuşdu.


Bayram süfrələrinin şirniyyatı hələ yığışılmamışdı, bir-birinin evinə ziyarətə gəlib-gedən qonşulara hələ ki bayram süfrəsindən qalan şirniyyatla çay verilirdilər.
Həmin aprelin birinci günü Səyyar evlərinə ata-anasına telefon açıb hər birini arxayınlaşdırdı və bərk-bərk tapşırdı ki, “nəbadə evi-eşiyi atıb gedəsiniz. Biz irəli gedirik, biz qələbə çalacağıq. Ermənini öz yuvasına qədər qovacağıq”.
Səsi də elə gümrah gəlirdi ki…



-Özü bizə telefon acidı, -deyir,- atası Knyaz kişi. - Sevinirdi. Hamımıza tapşırdı ki, evdən-həyətdən çıxmayın, inşallah  kəndimizə getməyimizə az qalıb. Dedim ki, bala, kənddən heç kim heç hara tərpənməyib. Hamı  həyətində-bacasındadır.  İnanın ki, elə də var idi. Buralarada bir qələbəlik vardı ki, bütün kənd, qəsəbə ayağa qalxıb, cavan- yaşlı hamı üzü o tərəfə gedirdi. Axırda insanların axınını görüb, hərbi post qoydular ki, icazəsiz keçib döyüş olan tərəfə keçməsinlər.  O gecələr bir başqa aləm idi. Döyüşdə torpaq uğrunda itki olmalıdır, qurbanlar  verməliyik, neynəyək ki, mənim balamın da yazısı bura qədər imiş, qismətdən artıq yemək olmur ki… 


Səyyar 1986-cı ilin noyabr ayının 13-də sonradan hərbçi kimi qulluq etdiyi o qərargahda  dünyaya gəlmişdi. Dünyanın salamat vaxtlarında orada mənim fermam var idi. Ferma müdiri idim. Ermənilər Füzulinin yarısını alandan sonra, bizim Ordumuz orada qərargah yaratdı.
Səyyarı ha çalışdım, başqa səmtə yönəldim, dedi ki, öldü var, döndü yoxdur,  Orduda xidmət edəəcək. Mühafizəçi işini atıb keçdi Orduya. Qismətdənmi, taledənmi, gedib o doğulduğu yerdə  nişangah qurdu, hərbi qulluğa başladı. Cavuş idi. Elə yaxşı xəbərləri də gəlirdi. Hamının hörmətini qazanmışdı. Biz də ki, bu hökumətin tikdiyi köçkün qəsəbəsində vallah can dərdi yaşayırıq, buranı yurd bilmirik, rayonun yarısı özümüzdə olsa da, o qoyub çıxdığımız yurd var e…. Yuxarı Əbdürrəhmanlı mənim üçün nə qədər əzizdirsə, o biri qaçqınlar üçün də o əsarətdə qoyub gəldikləri evləri, ocaqları, yurdları əzizdir. Biz  buralarda özümüzü elə qonaq kimi hiss edirik. İnsan harada doğulursa, qanı-canı ora çəkir. Başqa milləti deyə bilmərəm, biz türklər, azərbaycanlılar harada olsaq da  yurdumuza, ocağımıza  dönmək istəyirik.


Füzuli rayonu 1993-cü ilin avqust ayının 23-də işğal olunmuşdu.  İsti yay ömrünü yaşayıb getmişdi. Düzəngahlarda, dağlarda otlar  şehlənmişdi. Təbiətin xoş vaxtı olsa da, tale onlarla pis oyun oynayırdı.  Evini-eşiyini, isti yuvasını, ocağını  bu yerlərdə düşmənə buraxıb gedən insanların gözündə -könlündə  səhər şehi ilə yuyulan otlaqlar, çəmənliklər, bulaqlar , yovşanların ətri qaldı...


Knyaz kişinin 7  uşağı var idi. Qızları böyük idi, 4 oğlu sonradan dünyaya gəlmişdi.  Müharibə başlayanda qızlarını köçürüb yerbəyer eləmişdi. Oğlanları isə hələ evlənmədiyindən, köçhaköç günlərində gözdən iraq qoymurdu. Yuxarı Əbdürrəhmanlı kəndinin də əlli-ayaqlı kişiləri, cavanları qadın-qoca və uşaqlarının əksəriyyətini  təhlükəsiz ərazilərə gətirmişdilər. Knyaz kişinin qoyun ferması kəndin ətəyində olduğundan, kənd boşalanda o da  ailəsi ilə birlikdə qoyun-quzusunu qabağına qatıb üzü Beyləqana tərəf gəldi. Təzə mənzilə yetişmələri də bir az çox çəkmişdi.

-Biz kəndimizdən ayrılanda mənim 10, Səyyarın 8,  əkiz qardaşlarım Elşən və Nailin isə 16 yaşları var idi, - İlkin Quliyev deyir. 
- Qardaşım Səyyar  o ağır günləri dumanlı kimi  xatırlayırdı. Onun yaddaşına  yuxu kimi gəlirdi o günlər.Yadımdadır ki, anam ayaqyalın çıxmışdı. Bizi ətəyinin altında gizlədə-gizlədə gətirirdilər. Atam əllərimizdən tuturdu. Üzü payıza getdiyindən gah soyuq olurdu, gah üşüyürdük.  Atam və anam özləri yemirdilər, əllərinə düşən çörəyi, yavanlığı  biz dörd qardaşın arasında bölürdülər ki, ac qalmayaq.  Sonradan bildik ki, Səbinə bacımın qaynı Əlzamin Məhəmmədov ov tüfəngi ilə onlara tankla hücum etmək istəyən ermənini vurub öldürüb, ermənilərin başını qatıb, beləliklə əlində körpə uşaq olan bacımı və ailəsini xilas edib kənddən çıxa bilmişdi. Digər Natiqə bacımın qaynı hərbi qulluqçu olan Siyavuş Səfərəliyev də kənddə əsgr yoldaşlarının 7 nəfərini xilas edib, 8-cini gətirəndə şəhid olmuşdu. Bu bir bəxt işi idi ki, həmin mühasirədən çıxamışdılar.

 

Digər yaxın qohumumuz Ələsgər Allahverdiyev Alişan oğlu 1993-cü ildə avqust ayının 23-ü  kəndimiz boşalanda, ermənilərlə qəhrəmanlıqla vuruşaraq öldü.  Füzuli uğrunda döyüşlərdə çox qohum-əqrabamız öldü. Eltəkin İsmayılovun 25 yaşı var idi. Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi. Həmin döyüşlərdə şəhid oldu. Şəmsiyyə adlı bir yadigar qızı qaldı.  Zakir Neyman oğlu Xudiyev döyüşlər başlayandan gedib batalyona yazıldı. Tank batalyonunun komandiri idi, 1992-ci ildə sentyabrın 10-da şəhid oldu.  Əmim oğlu Elxan Quliyev son nəfəsinə qədər kənddən çıxmadı, döyüşə-döyüşə şəhid oldu. Hər gün bir evdən şəhid xəbəri eşidirdik. Yadımdadır, xəlvətə çəkilən kimi anam ağlayırdı.


Biz əvvəlcə Beyləqana, sonra isə İmişlidəki mal yatağımıza gəldik. Əldə-ayaqda atamıza kömək edirdik.  Oralarda da məktəb yox idi. Səyyar və mən düz üç il məktəbə gedə bilmədik. 
Səyyar birinci sinfə, Füzulinin Bəhmənli kəndinə köçüb yaşayandan sonra,  9 yaşında getdi.  Bizim uşaqlığımız olmadı. Bizim uşaqlığımızı müharibə yedi, ermənilər viran qoydu. Biz başqaları kimi  lap köhnə belə olsa da, öz kəndimizin məktəbində oxumadıq.  Bizim başımız çox bəlalar çəkdi.  Hara getdiksə, güllə səsləri eşitdik.  Bəzən   o çadırda yaşadığımız qış gecələrində iki qardaş baş-başa verib, əsirlikdə qalan Əbdürrəhmanlı kəndimizdən danışardıq.
Səyyarın çox yadında qalmasa da, mənim yadımda idi bütün izlər, çığırlar, bulaqlar, dağlar, dərələr. Deyirdi ki, görəsən o yerlərə qayıda biləcəyikmi? Bir dəfə də demişdi ki, əgər qaytarmasalar, mən böyüyəndə gedib o yerləri özüm alacağam ki, anam bir də ağlamasın.
Anam çox zülmlər çəkdi. Biz qışda-yayda çadırlarda böyüdük, atam palçıqdan, qarğıdan, qamışdan  ev tikdi, divar hördü. Səyyat məktəbi qurtarandan sonra, 2006-cı ildə hərbi xidmətə yollandı,  qayıdıb gələndən sonra  Füzuli rayonunun hərbi mühafizə polisində işə düzəldi. Ancaq heç sakit olmurdu qardaşım. Elə hey deyirdi ki, gərək orduya yazılsın.  2014-cü ilin yayında atamdan xəbərsiz gedib Orduya yazıldı. Özü də ərizə yazmışdı  ki, ön cəbhədə qulluq etmək istəyir.


29 yaşı var idi. Hamı deyirdi evlən, cavabı belə olurdu ki, “mən hərbiçiyəm, qoy Vətənimizi xilas edim, sonra evlənəcəm”. Ancaq ki, bizdən  böyük bacım xəstə yatırdı, ağırlaşmışdı. O Səyyarın toyunu görsün deyə, evləndirdik . Qonşu qəsəbədəki  Təranəni görüb bəyənmişdi. Onlara gözəl bir toy çaldırdıq. Elə sevinirdik ki, qardaş toyu gözəl olur. Uçmağa qanadımız yox idi.  Onu evləndirəndən üç ay sonra da bacım rəhmətə getdi...
Mən Səyyarla həm  qardaş,həm də dost idim. Sözümüz, sirrimiz, sevincimiz, məsləhətimiz bir idi. Aprelin 1-də təmas xəttindəki hadisələri eşidib, ona zəng vurdum.Aprelin 3-nə kimi neçə  dəfə danışdım. Hər dəfə deyirdim ki, qardaş ehtiyatlı ol. Özü pülemyotçu idi. Sərrast atıcı idi. Tutduğu nişan boşa getmirdi. Telefonda mənimlə danışanda dedi ki, narahat olma, hər şey normaldır. Aprel ayının 1-dən sonra, boğazımdan su da keçmədi.
Mürgü vura bilmirdim. Divanda oturub ürəyimdə var-gəl edirdim. Birdən bir anlığa gördüm ki, qardaşım bayrağa bükülü tabutda məzara qoyulur... Diksindim. Bilirəm ki, yatmamışdım. Huş məni aparmışdı. Özümə yer tapa bilmirdim. Ancaq Səyyarın yoxluğu xəbərini yaxın belə qoymurdum. Mən heç vaxt onu ölü kimi təsəvvür edə bilməzdim. Səyyar çox həyatsevər, nikbin bir insan idi. Evə  gəldimi otaqlar gülüşlə, səs-küylə, sevinclə dolardı. Hamıya sevinc paylayırdı, gülüş bəxş edirdi. Yenə ümidimi üzməmişdim, fikirləşirdim ki, Allah qoruyar. O qədər elə çətin sınaqlardan çıxmışdı ki...
Aprelin 3-ü axşamüstü mənə xəbər edib dedilər ki, qardaşın yaralanıb gəl... Durub Bakıdan Füzuliyə yola düşdüm. Gecə saat 3-də atamgilin həyətinə çatanda gördüm ki, tabut həyətin ortasındadır, dədəm də heykəl kimi donub tabutun başı üzərində. Atam heç nə hiss eləmirdi.  Bir tərəfdə qardaşımın tabutu qoyulmuşdu, bir tərəfdə də dədəmiz sanki daşa dönmüşdü... Dədəmi  heç vaxt belə  görməmişdim.  Sonra həkimlər müdaxilə edib, kişini özünə gətirdilər. 
Aprelin 4-ü qardaşımı dəfn edəndə, kişi özündə təpər tapıb, dəfndə iştirak edə bildi.  5 ayın içərisində atam və anam düz iki övladını məzara qoyurdu. Böyük dərd idi. Qardaşım düşmən tərəfin atdığı mərmidən həlak olmuşdu. Həmin  yerdə istehkam qurub durublarmış, bunlar orada təzə idilər. Ermənilər isə 22 il idi ki, həmin yerləri oymaq-oymaq tanıyırdılar. Bunların təxmini istiqamətlərini  müəyyən edib, mərmi atmışdılar,  mərmidən 4 nəfər birlikdə şəhid olmuşdu.


İndi fikirləşəndə baxıb görürəm ki, qardaşım həmin o Lələ təpə uğrunda döyüşlərdə o biri qəhrəmanlar kimi şəhid oldu. Onları qanı hesabına nə qədər torpaq alındı, ordumuz xeyli üstünlük əldə edib. İndi Cocuq Mərcanlıda abadlıq işləri başlayıb. Bunların hamısı aprel şəhidlrinin və qazilərinin hesabına olub. Ürəyim fərəhlə dolur. Şəhidliyindən 15 gün sonra , yuxuma gəldi. Gördüm ki, əlində bir dəstə ağ çiçək var. Çiçəkləri ondan istəyirəm, deyir ki, yox, qızıma verəcəyəm, onun üçün toplamışam.
Ötən il sentyabrın 4-də bazar günü qardaşımın ölümündən  4 ay sonra qızı Zeynəb dünyaya gədli. Gözlərinin rəngini elə bil ki, Səyyardan alıb.  


Səyyar Vətənə, torpağa bağlı oğul idi.  Onu  həlak olduğu ərazidən çıxaran hərbçi dostları dedilər ki, qardaşım Səyyarı götürəndə baxıblar ki, ovcunun içərisində torpaq  var. Canını verməzdən əvvəl Vətən torpağını ovcuna alıb. Nə bilim, bəlkə son dəfə qələbənin sevincini belə yaşayıb... 

İndi ailəmizdə hamının bir qayğısı var ki, Səyyarın qızı Zeynəbi adına layiq böyüdək. Dövlətimiz də  qardaşım şəhid olandan sonra gənc ailəsinə Horadizdə iki otaqlı mənzil verdi. Həyat yoldaşı Təranəni bağçada işlə təmin etdilər. Yaşayaq, görək axırımız nə olacaq... Ancaq qardaşımın və aprel döyüşündə, Qarabağ uğrunda həlak olan hər kəsin qisasını qiyamətə qoymaq olmaz. Bəli, Səyyarsız çox çətindir mənim üçün, gözüm qalıb telefonun ekranında, elə bilirəm ki, zəng edəcək, elə bir gün olmurdu ki, bir-birimizlə hal-əhval tutmayaq. Onun zəngini gözləyirəm... hər an gözləyirəm...  Heç nə, heç kim Səyyarı əvəz edə bilmir... Ondan yaxşı qardaş yox idi.



Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü
22.11.2017, 00:59

Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü

Separatçı rejimdə çevriliş - Video
22.11.2017, 00:43

Separatçı rejimdə çevriliş - Video

İraqdakı partlayışda 32 nəfər öldü
22.11.2017, 00:31

İraqdakı partlayışda 32 nəfər öldü

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar
22.11.2017, 00:14

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI
21.11.2017, 23:59

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil
21.11.2017, 23:44

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil

Tovuz sakinindən maraqlı ixtira - Video
21.11.2017, 23:18

Tovuz sakinindən maraqlı ixtira - Video

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı
21.11.2017, 23:02

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

ARXİV