28 mart 2017, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..
Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..
20.02.2017, 10:41

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalarının deputatları da təmsil olunur.

Bu partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılır?

Bu vəsait hansı istiqamətlərdə sərf edilir? Partiyalar dövlət büdcəsinə nə qədər vergi ödəyirlər?

 

Modern.az saytı parlamentdə təmsil olunan bir neçə partiyanın sədrləri ilə əlaqə saxlayıb.

 

Tahir Kərimli 2016-cı il üzrə dövlət büdcəsindən Vəhdət Partiyasına təxminən 100 min manata yaxın pul verildiyini deyib.

“Bu pul rüblərə bölünərək verilir. Yəni, aya partiyanın hesabına 8 min manat civarında pul daxil olur. Pul vergi, işçilərin maaşlarının verilməsi, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Partiyamızın illik maliyyə hesabatlarında nöqsanlar olmur. Biz bütün xərclərimizin hamısının vergisini ödəmişik. Hətta 1700 manat da artıq ödəmişik. Heç bir vergi kəsirimiz yoxdur. Biz partiya sədrləri olaraq, 1 fazilik xidmət haqqı tutulmasından narazıyıq. Çünki bu hər partiyadan il ərzində 1000 manat pul tutulması deməkdir. Bu da partiyalar üçün çox böyük bir gücdür”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı  bildirib ki, Yeni Azərbaycan Partiyasından başqa bütün partiyalara illik eyni pul ödənilir.

“Bu pullar rüblərə bölünür. Biz bu pulları partiya işinin gücləndirilməsinə, təşkilatımızın genişləndirilməsinə sərf edirik. Eyni zamanda, işçilərin əmək haqqına və müəyyən layihələrə xərcləyirik. Biz partiyaya ayrılan puldan vergi vermirik. Bizdə vergi əmək haqqından tutulur. Kim partiyadan əmək haqqı alırsa, ondan əlavə dəyər vergisi (ƏDV) tutulur”.

 

Araz Əlizadə deyib ki, Azərbaycan Sosial Demokrat Partiyasına nə qədər pulun ayrıldığı büdcədə göstərilib.

“Bu pullar işçilərinin maaşlarına, partiyanın xərclərinə sərf olunur. Nə qədər verginin verilməsinə gəldikdə isə, bu MSK-nın hesabatına göstərilib. Mənim işim-gücüm qutarıb ki, bunu əzbərləyim? Mən mühasib deyiləm”.

 

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Laki seçkinin nəticələriinə əsasən belə partiya olmadığından hər il təxminən 250 min manat vəsait bölüşdürülməmiş qalır.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayr;lmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Bu zaman söhbət 12 siyasi təşkilatdan gedir ki, onlardan da ən çox maliyyə əldə edən YAP olur. 


Hazırda parlament partiyaları aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası - 71 mandat
Vətəndaş Həmrəyliyi Partiyası - 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası - 1 mandat (Asim Mollazadə), 
Böyük Qurtuluş Partiyası - 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası - 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası - 1 mandat (Fəzail Ağamalı), 
Vətəndaş Birliyi Partiyası - 1 mandat (Sabir Hacıyev).
Azərbaycan Sosial Rifah Partiyası - 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası - 1 mandat (Tahir Kərimli), 
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası - 1 mandat (Araz Əlizadə).


Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsində təxminən 2 milyon 500 min manat vəsait nəzərdə tutulur.


Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.03.2017, 18:57

Yasamalda yaşayış binası yanır

28.03.2017, 18:51

Rusiya və İran arasında viza rejimi qismən ləğv olundu

28.03.2017, 18:44

Ruhani: "Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir"

28.03.2017, 18:38

Qarabağda erməni əsgəri öldü

28.03.2017, 18:19

Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib

28.03.2017, 18:10

Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

28.03.2017, 18:05

“İRƏLİ” Mart Soyqırımı aksiyasına start verir

28.03.2017, 17:53

Yumurta ucuzlaşırsa, toyuq ətinun qiyməti niyə düşmür?

28.03.2017, 17:18

Dolların sabahkı MƏZƏNNƏSİ

28.03.2017, 17:16

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

28.03.2017, 17:10

Azərbaycanlı alimin  dünyanın qlobal problemi ilə bağlı Almaniyada kitabı çıxıb

28.03.2017, 17:04

Sahib Kərimli AXCP-dən çıxarıldı, Əli Kərimliyə savaş açdı

28.03.2017, 16:47

Azay Quliyev Sankt-Peterburqda BMT Təhlükəsizlik Şurasının qətnaməsini tənqid etdi

28.03.2017, 16:30

Formula 1 yarışını işıqlandıracaq jurnalistlərə XƏBƏRDARLIQ

28.03.2017, 16:10

Ali məktəblərə builki qəbulun keçid BALLARI açıqlandı

28.03.2017, 16:04

Rayonlarda eşşəklərin mühafizəsi gücləndirildi

28.03.2017, 16:00

MTN polkovniki İlqar Əliyevin cinayət işinə xitam verildi

28.03.2017, 15:49

Milli Məclis abort etmənin də cəzasını ağırlaşdırır

28.03.2017, 15:44

Rusiyada azərbaycanlı itkin düşüb - FOTO

28.03.2017, 15:21

Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib

28.03.2017, 14:57

İlham Əliyevin müşavirədəki NİTQİ: “Sahibkarlar özləri də fəal olmalıdırlar”

28.03.2017, 14:48

Aşıqlar Birliyi ölüm ayağındakı gənc aşıqla necə maraqlanır?

28.03.2017, 14:46

Azərbaycandakı Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər

28.03.2017, 14:45

Bakı Dövlət Universitetində yeni mərkəz istifadəyə verildi

28.03.2017, 14:44

Azərbaycanda rüşvətə görə cəza sərtləşdirilir

28.03.2017, 14:37

“Nə Ermənistanla, nə də Azərbaycanla dalaşmaq istəyirik”

28.03.2017, 14:30

Saakaşvili teleaparıcı olacaq

28.03.2017, 14:05

Erməni bicliyi…

28.03.2017, 14:03

Bir qrup yüksək rütbəli hərbçi istefaya buraxıldı

28.03.2017, 13:49

Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi - FOTOLAR

28.03.2017, 13:45

Gürcüstandan Avropaya 800 nəfər uçub – Vizasız ilk gün

28.03.2017, 13:41

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ÜNVANLADI

28.03.2017, 13:37

Rusiyada Daxili İşlər Nazirliyini şöbə rəisi öldürüldü

28.03.2017, 13:35

Prezident: “Bizim işlərimiz yarımçıq qala bilərdi”

28.03.2017, 13:07

Mərkəzi Bankda növbəti hərrac - dollar 1,7220 manata satıldı

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.91%)
Azərbaycan Dövlət İqtisad Universiteti(7.10%)
Bakı Dövlət Universiteti(21.8%)
Bakı Ali Neft Məktəbi(1.63%)
Azərbaycan Dillər Universiteti(41.5%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(3.27%)
Azərbaycan Texniki Universiteti(2.18%)
Azərbaycan Tibb Universiteti(3.82%)
Bakı Slavyan Universiteti(2.73%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(10.9%)