Modern.az

“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?” - SORĞU

“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?” - SORĞU

20 Fevral 2017, 11:47

Cəmiyyət İslam dini haqqında hər zaman maariflənməyə ehtiyac duyub. Xüsusilə də qarışıq məzhəb və cərəyanların, təriqətlərin geniş yayıldığı, təbliğ olunduğu  indiki dövrdə. İslam haqqında əsl həqiqətlərin təbliği isə gerçək din xadimlərinə, dini ekspetlərə, ilahiyyatçılara bağlıdır.

Azərbaycan mətbuatının cəmiyyətə tanınmış din xadimi, dini ekspert, ilahiyyatçı kimi təqdim etdiyi simaların sırası elə də geniş deyil. Acaq bu gün efirlərdə, kütləvi-informaisya vasitələrində islam dinini mütəxəssisi kimi müxtəlif mövzularda izah verən həmin şəxslərə inam nə qədərdi?..

Bu suala cavab vermək çətindi. Çünki dini məsələləri izah edənlər inandırmağı bacarmalı, arqumentləri, verilən sualların cavablarını əsaslandırmalıdırlar...


Bəs bunu edə bilirlərmi?...

Dini ekspert kimi cəmiyyətə nüfuz edən şəxsin çiyinlərinə daha ciddi və ağır məsuliyyət düşür. Amma indi bir çoxları özünü dini ekspert kimi təqdim etməyə çalışır. Dini ekspert olmaq üçün isə təkcə savadlı olmaq əsas ola deyil, davranış qaydaları, əxlaq prinsipləri, iman məsələsi də öndə olmalıdır. Bəsən cəmiyyətə dini ekspert kimi özünü təqdim edən şəxs dinin ən sadə göstərişlərini ayaq altına atır ki, bu da cəmiyyətdə yanlış fikirlər yaradır. 

Modern.az saytı növbəti sorğunu “Hansı dini ekspert və ya ilahiyyatçıya inanırsınız?” mövzusunda keçirir.

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər...

 

Şeyxülislam Allahşükür Paşazadə
Hacı Sabir Həsənli
Hacı Fuad Nurullayev
Vasim Məmmədəliyev
Rafiq Əliyev
Hacı İlqar İbrahimoğlu
Hacı Şahin Həsənli
Elşad Miri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?