Modern.az

“Təlxəklikdən başqa bir şey deyil”

“Təlxəklikdən başqa bir şey deyil”

20 Fevral 2017, 12:14

Fevralın 20-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma referendum  keçirilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a açıqlama verib.

Elman Məmmədov bu cinayətkar, seperatçı rejimin Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1991-ci ildə yaradıldığını bildirib.

“ Bu cinayətkar rejim həmçinin heç kim tərəfindən tanınmayıb. Bu referendumun keçirilməsi qeyri- qanunidir. Heç bir hüquqi əsası yoxdur. Əlbəttə ki, bu cinayətkar, qeyri-qanuni qurumun keçirdiyi “seçkilər” də təlxəklikdən başqa heç nə deyil. Bu illər ərzində onlar bir neçə “seçkilər” keçiriblər. Onların da heç bir əsası olmayıb”.

Deputat qeyd edib ki, bununla bağlı Azərbaycan bir neçə beynəlxalq qurumlara müraciət edib.

“Bu qurumlar onların özbaşınalıqlarının qarşısını almalıdır. Amma təəssüflər olsun ki, bu qurumlar müşahidəçi mövqeyindədirlər. Eyni zamanda onlara himayədarlıq edirlər. Həmçinin bir sıra ölkələr də bunlara arxa-dayaq durular. Buna misal olaraq, ABŞ-ı göstərmək olar. Bu həmin ABŞ-dır ki, 1992-ci ilin fevralın 26-da ermənilər Azərbaycana qarşı soyqırımı törətdi, onlar isə Azərbaycana qarşı 907-ci düzəlişi etdi. Yəni sanksiyalar tətbiq etdi. Həmin ABŞ-dır ki, 1992-ci ildən bu yana qondarma rejimə maliyyə yardımı ayırır. Bu da o deməkdir ki, bu gün dünyada işğalçı, soyqırımı törədən hərbi canilər, cinayətkarlar qorunur və himayə olunurlar”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir