Modern.az

Kibertəhlükəsizlik məsələləri müzakirə edilib

Kibertəhlükəsizlik məsələləri müzakirə edilib

20 Fevral 2017, 20:00

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilən “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Digər çıxış edənlər isə kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırıldıqdan sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və rəqs ansamblının kollektivi konsert proqramı ilə çıxışı edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu