Modern.az

İran İraqı birgə mübarizəyə çağırır

İran İraqı birgə mübarizəyə çağırır

20 Fevral 2017, 20:37

İran hökuməti ölkənin cənubunda baş verən, kütləvi elektrik və su kəsintisinə səbəb olan qum fırtınasında qonşu İraqı günahlandırır. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki,  İranın vitse-prezidenti, ətraf mühitin mühafizəsi təşkilatının rəhbəri Məsumə Ebtekar İraqı qum fırtınaları ilə mübarizədə əldə olunan müqaviləyə əməl etməyə çağırıb. Həmin müqavilə qum fırtınalarının qarşısını almaq üçün səhrada qrunt sularının genişləndirilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, ötən həftə qum fırtınası səbəbindən su və elektrikin kəsilməsi İranın cənub əyalətlərində etiraza səbəb olmuş və etirazçılar Məsumə Ebtekarın istefasını tələb etmişdilər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir