Modern.az

Putinə Trampın psixoloji porteti haqda dosye təqdim olunub

Putinə Trampın psixoloji porteti haqda dosye təqdim olunub

20 Fevral 2017, 21:08

Rusiya prezidenti Vladimir Putin üçün Donald Trampın psixoloji portreti hazırlanıb. Modern.az xəbər verir ki, NBC telekanalına bu barədə Rusiyanın keçmiş xarici işlər nazirinin müavini Andrey Fyodorov məlumat verib. 7 səhifədən ibarət dosye prezident administrasiyasının işçiləri və keçmiş diplomatlar tərəfindən hazırlanıb.

 

Fyodorovun məlumatına görə, toplanan informasiya Putinin Trampla ilk görüşü üçün hazırlanıb. Dosyedə amerikalı prezidentin son 2-3 aydakı çıxışları və davranışı barədə analizlər var. Trampı 2000-ci ildən tanıyan Fyodorovun fikrincə, dosye müntəzəm olaraq dəyişdirilir və yenilənir.

 

“İlk danışıqlardan qabaq liderlərin bir-biri haqda informasiya toplaması normaldır. Amma ABŞ prezidenti haqda toplanan ətraflı dosye adi praktikadan deyil” – deyə Fyodorov vurğulayıb.

 

Onun fikrincə, Kreml Trampın inaqurasiyadan sonra atdığı addımlardan ciddi narahatdır.

  

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi