Modern.az

Rusiyanın BMT-dəki nümayəndəsi öldü

Rusiyanın BMT-dəki nümayəndəsi öldü

20 Fevral 2017, 21:35

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən Nyu-Yorkda vəfat edib. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Vitaliy Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib. Rusiya XİN-i diplomatın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Məlumata görə, Vitaliy Çurkinin ölümünə səbəb ürəyində yaranan problem olub.

Qeyd edək ki, Çurkin 1974-cü ildən diplomatik işdə olub. 2006-cı ildən isə o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir