Modern.az

Rəsmilər İqdırda qəzaya düşən vətəndaşlarımıza baş çəkdi

Rəsmilər İqdırda qəzaya düşən vətəndaşlarımıza baş çəkdi

Aktual

20 Fevral 2017, 22:47

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Azər Zeynalov, səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov Türkiyənin İqdır vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarını xəstəxanada ziyarət ediblər.  Modern.az "Report"a istinadən xəbər verir ki, onları Azərbaycanın Qarsdakı baş konsolu Nuri Quliyev, Naxçıvan Muxtar Respublikasının İqdırdakı təmsilçisi Behbud Qadalı və İğdır valisi Ahmet Turqay Alpman müşayiət edib.

İqdır Dövlət Xəstəxanasının baş həkimi Nevruz Erez onlara yaralananların vəziyyəti barədə məlumat verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə İqdır-Aralık avtomobil yolunda iki sərnişin avtobusunun toqquşub. Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfəri, xəsarət alanlardan isə 26 nəfəri Azərbaycan vətəndaşıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar