Modern.az

İqdırdakı qəzada ölənlərdən biri tələbə olub

İqdırdakı qəzada ölənlərdən biri tələbə olub

20 Fevral 2017, 23:15

Bu gün Naxçıvan-İqdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərdən biri tələbə olub. Modern.az saytı xəbər verir ki,  dünyasını dəyişən Fərhad Fərhadlı Naxçıvan Universitetinin tələbəsi olub.

Naxcivanxeberleri.com-un məlumatına görə, Fərhad Fərhadlı universitetinin 4-cü kursunda  Maliyyə ixtisası üzrə təhsil alırmış. O, Ordubad rayonunun Kotam kəndində doğulsa da, hazırda valideynləri Türkiyədə yaşayırmış. Valideynlərinin yanından təhsilini davam etdirmək üçün Naxçıvana dönən Fərhad Fərhadlı faciəli şəkildə dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişdiyi hələlik dəqiqləşən digər iki nəfər Süleyman Əliyev və Zivər Səfərovadır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır