Modern.az

Hindistanlı gənc dəfnə aparılarkən dirildi

Hindistanlı gənc dəfnə aparılarkən dirildi

20 Fevral 2017, 23:28

Hindistanın Karnataka ştatının Dxarvad şəhəində 17 yaşlı hindistanlı öz dəfn mərasiminə gedən yolda ayılıb. Modern.az Trend-ə istinadən xəbər verir ki, yeniyetmənin valideyinləri təxminən bir ay əvvəl övladlarını çöl itinin dişlədiyini bildiriblər. Bundan sonra yeniyetmə bir neçə həftə boyu qızdırmadan əziyyət çəkib. Onun vəziyyəti ağırlaşanda xəstəxanaya yerləşdirilib.

Xəstəxanada yeniyetmə reanimasiya şöbəsinə yerləşdirildib. Həkimlər qərara gəliblər ki, o, süni tənəffüs aparatı olmadan yaşaya bilməyəcək. Onun valideyinləri maddi imkanları olmadığından qərara gəliblər ki, müalicədən imtina etsinlər və oğullarını evə aparsınlar. Evdə bir neçə müddət o, həyat əlaməti vermədikdən sonra, valideyinləri gəncin dünyasını dəyişdiyini fikirləşiblər.

Mərhumun dəfn ediləcəyi gün, cənazəsi şəhərdən kəndə götürülərkən elə yoldaca görünməmiş hadisə baş verib. Belə ki, mərhum qəflətən ayılıb.

Həkimlərin sözlərinə görə, hazırda o, meninqoençefalit diaqnozu ilə xəstəxanada yerləşdirilib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir