Modern.az

Putin 2018-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq

Putin 2018-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq

21 Fevral 2017, 11:04

Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlıq gedir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremldəki mənbələr həmin seçkilərdə Putinin sonuncu dəfə namizəd kimi iştirak edəcəyini və çox güman ki, qalib gələcəyini proqnozlaşdırırlar.

 

“Hamı Putinin seçkilərdə iştirakını əsas götürüb. Hamı onu da bilir ki, bu onun prezidentliyə sonuncu namizədliyi olacaq. 2024-cü ildən sonra prezident qalmaq üçün nəyisə dəyişməyi düşünmür. O qanuna görə, bir də 2030-cu ildə prezidentlik yarışında iştirak edə bilər ki, bu da real görünmür”.

 

Prezident administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kirienko seçkilərdə Putinin daha çox səs toplayacağına çalışacaqlarını deyib.

Xatırladaq ki, Vladimir Putin 2000-ci ildə 53%, 2004-cü ildə 71,3% və 2012-ci ildə isə 63,6% səs toplayıb.

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?