Modern.az

Qarabağ hansı yollarla azad edilə bilər? - Jurnalistlər: “Əgər Rusiyada vəziyyət dəyişsə...”

Qarabağ hansı yollarla azad edilə bilər? - Jurnalistlər: “Əgər Rusiyada vəziyyət dəyişsə...”

21 Fevral 2017, 11:09

Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.

 

2017-ci ildə Dağlıq Qarabağ hansısa yollarla düşməndən azad edilə bilərmi?

 

Modern.az saytı bir neçə jurnalistin fikrini öyrənib.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Dağlıq Qarabağın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi üçün Azərbaycan dövlətinin çox dəqiq və konkret siyasətinin olduğunu deyib.

“Azərbaycan iqtisadiyyatını və ordusunu gücləndirmək, həmçinin bununla paralel olaraq beynəlxalq münasibətlərdə də Azərbaycanın lehinə şərtlər formalaşdırmaqla hərbi və inkişaf gücündən istifadə etməklə öz məqsədimizə nail ola bilərik. Dağlıq Qarabağ probleminin həlli yolu budur. Bunun üçün də Azərbaycan hökuməti və ali baş komandanı çox dəqiq addımlar atrır. Biz artıq bunun bir neçə dəfə şahidi olmuşuq. Aprel ayında baş verən hadisələr də bunun bariz nümunələrindən biridir”.

 

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı  fikrincə, qanla, ölümlə alınan bir şeyi sülhlə qaytarmaq çox çətin məsələdir.

“ Bundan ötrü hermotkol və federativ Almaniya olasan ki, SSR-nin vaxtilə aldığı Şərqi Almaniya dediyi torpaqları 40 ildən sonra pulla rahatca geri qaytarsın. Bunu almanlar edə bildilər. Amma bütün torpaqlar qaytarılmadı. Dağlıq Qarabağın erməni işğalından azad edilməsi yollarından biri qanla itirilən bir şeyi qanla geri almaqdır. Amma təəssüflər olsun ki, situasiya çox dəyişib. Azərbaycanla Ermənistanı təkbətək qalmasına imkan verməyən qüvvələr var. Bunlardan birincisi elə Rusiyadır. Həmçinin torpaqları işğaldan azad etməyin bir yolu da var. Azərbaycan o qədər demokratik, zəngin, yaşamaq üçün çox şəraitli ölkəyə çevrilməlidir ki, Qarabağdakı ermənilər ac-yalavac Ermənistanın tərkibinə daxil olmaqdan imtina etsinlər. Azərbaycan kimi çiçəklənən, gözəl, demokratik, zəngin, insana  dəyər verənilən bir ölkədə yaşamağa üstünlük versinlər. Ona görə də , bunun üçün özümüz çalışıb nəsə etməliyik”.

 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Qarabağ münaqişəsinin həlli yolunun dövlət başçısınınverdiyi bəyənatlardan da görməkolduğunu  deyib.

“Azərbaycan dövlət olaraq hələlik sülh danışıqları ilə bu prosesin ədalətli həllini istəyir. Bu ümumi qəbul olunan bir qaydadır. Bunun da alternativ yolu hərbi yoludur. Qarabağı Azərbaycan ordusu işğaldan azad edə bilər. Sadəcə bunun üçün Ermənistana dəstək verən qüvvələrin həmin proseslərdən çəkilməlidir. İmkan verməlidir ki, Azərbaycan itirilmiş ərazilərin geri qaytarsın və ərazi bütövlüyünü bərpa edə bilsin. Bunun üçün Azərbaycan ordusunun hərbi imkanları var. Müasir silahlar baxımından Ermənistandan qat-qat yüksəkdir. Azərbaycan xalqının, xüsusilə də gənclərin artıq bir əzmi var ki, torpaqları işğaldan azad etsin. Bunun üçün ilk öncə beynəlxalq şərait lazımdır. Azərbaycan qısa bir vaxt ərzində hərbi güclə işğal altındakı torpaqları geri ala bilər. Sadəcə bunların hamısı arzu və istəklərdir”.

 

Müstəqil jurnalist Aida Eyvazlı  bildirib ki, düz 25 ildir ki, deyilir ki, biz torpaqlarımızı qaytaracağıq.

“Bu qədər ümid, bu qədər gözləmək . Belə getsə artıq torpaqların qaytarılması babalardan nəvələrə qalacaq. Dünyanın heç bir yerində müharibə bu qədər uzanmır. Hətta İran- İraq müharibəsi  1980-1988-ci ilə qədər çəkdi. Atəşkəs əldə olunandan sonra müharibə bitdi. 2004-cü ilin mart ayının 24-ü idi. Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri təşkil olunmuşdu.  Həmin rəsmi səfər ərəfəsində Azərbaycandan olan jurnalistlər  mərhum  prezident İslam Kərimovdan Qarabağ probleminin həlli yolunu necə gördüyünü soruşdu. Filosof alim, Şərq tarixinin gözəl bilicisi olan İslam Kərimov  sualı belə cavablandırdı: “Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu problem böyük  dövlətlərin əlində oyundur ””.


A.Eyvazlı qeyd edib ki, Ermənistan dövlətini yaradanlar ta qədimdən onu əllərində alət kimi oynadıblar.

“Yaxın 1905-ci ildən bu yana qədər  Türk və Azərbqaycan torpaqlarında öz çirkin və mənfur siyasətini yeritmək istəyən imperialist güclər və qüvvələr bu alətdən hər zaman məharətlə istifadə ediblər. Bəlkə də aprel döyüşlərinə qədər kimsə  belə düşünə bilərdi ki, Azərbaycan döyüşə bilmir. 3 gecənin içərisində Milli Ordumuz və Hərbi gücümüzlə nəyə qadir olduğumuzu göstərdik. Hətta yadınızdadırsa, müdafiə naziri “Xankəndini vurun” əmri də verdi. Erməniləri darmadağın etmişdik... Rusiya araya girərək, ərköyün və qorxaq təbbəssinin tərəfində dayandı və Azərbaycanı öz müqəddəs  davasından çəkindirdi.  Nə olsun?
20 ildir ki, Minsk və ATƏT kimi  aradüzəldənlərin  biri gəlir, biri gedir... Ancaq bu danışıqların heç bir faydası yoxdur. Çünki onlara da belə sərf edir. Nə qədər ki, Rusiya əlini Ermənistandan çəkməyib, biz öz torpaqlarımızı geri ala bilməyəcəyik. Əgər müharibəyə başlasaq, bizi yenə də Ukraynanın gününə salacaq, özünün  Gümrüdəki qoşunlarını çəkib, başqa rayonlarımızı da işğal edəcək. Bizə bir o qalır ki, rus imperialistlərini hər hansı bir vasitə ilə dilə tutub yola gətirək ki,  vətən torpaqlarımızı azad etmək savaşında bizimlə işi olmasın. Rusiya Ermənistandan əlini çəksə, bizə heç döyüş lazım olmayacaq. Ermənilər  rusun ordusunun və silahının gücü ilə aldıqları əraziləri qoyub qaçacaqlar. Özünüz bir baxın, işğal olunmuş ərazilərin əksəriyyəti bom-boşdur. Əgər o torpaqlar erməniyə lazım olsaydı, orada həyat qurub, dövran qurub yaşayardılar. 3 milyon əhalisi olan Ermənistanın Azərbaycanın 12 rayonu nəyinə lazımdır. Bizim  həmin rayonlardakı sərvətlərimizi rus erməninin əli ilə daşıyır. Unutmayın ki, biz müstəqil olandan sonra rusun yuxusu ərşə çəkilib”.

 

Natiq Cavadlı deyib ki,  Dağlıq Qarabağın işğaldan azad olunması yalnız Rusiyada vəziyyətin dəyişməsindən asılı olacaq:

“Qonşu dövlət imperiya iddialarından qurtulmasa, bu problem həll olunmayacaq və biz torpaqlarımızı qaytara bilməyəcəyik. Əgər Rusiya demokratikləşsə və bunun nəticəsində postsovet məkanına münasibətini normal qonşuluq siyasitilə həyata keçirsə, keçmiş SSRİ məkanında olan bütün münaqişələr tədricən aradan qalxacaq. 2017-ci ilə gəlincə, bu il belə bir şey gözlənilmədiyindən, biz də torpaqlarımızı azad edə bilməyəcəyik”.

 

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Qarabağ münaqişəsi ilə bağlı uzun illərdən bəri aparılan danışıqların effekt vermədiyini bildirib.

“Müəyyən dövrlərdə yaxınlaşma, kompuramis hiss olunur. Ancaq özümüz də şahidi oluruq ki, ermənilər hansısa bir kobud şəkildə danışıqlardan yayınır. Onlar sülh danışıqlarına yaxınlaşmır. Ona görə də cəmiyyətdə də belə bir fikir formalaşıb ki, Qarabağ münaqişəsinin yeganə həll yolu müharibədir. Biz buna hazırıq. Güclü ordumuz və insanlarımız var. Biz bu qələbəni müharibə yolu ilə qazanmağa qadirik”.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər