Modern.az

Vaqif Qələndərli: "Həm kişi, həm qadın orqanına malik olanları əməliyyat edirik"

Vaqif Qələndərli: "Həm kişi, həm qadın orqanına malik olanları əməliyyat edirik"

21 Fevral 2017, 11:39

Bu gün dünyada, eləcə də ölkəmizdə estetik-plastik cərrahiyyəyə müraciət edənlərin sayında kəskin artım var. İnsanlar xarici görünüşlərində olan və onları narahat edən qüsurlardan, ən əsası komplekslərdən qurtulmaq üçün plastik cərrahiyyəyə üz tuturlar.
Amma estetik-plastik cərrahiyyəyə müraciət edənlər təkcə üz-sifət cizgilərindəki görünüşdən narahat olanlar deyil, onların arasında də cinsini dəyişmək istəyənlər var. Həm də az deyil.


Araşdırmalar göstərir ki, Azərbaycanda cinsiyyətini dəyişdirmək üçün ən çox müraciət edənlər fiziki baxımdan qadına oxşayıb, kişi cinsiyyət orqanına sahib olanlar, yaxud əksinə, fiziki baxımdan kişiyə oxşayıb, qadın cinsiyyət orqanı daşıyan insanlardır. Bəzi Avropa ölkələrində, Hollandiyada, ABŞ-da bu cür əməliyyatlar təbii qarşılansa da, Azərbaycanda birmənalı olaraq belə insanlar cəmiyyət tərəfindən qəbul olunmur. Bu üzdən də əməliyyata məruz qalanlar bunu  gizlətmək məcburiyyətində olurlar.

 

Qeyd edək ki, dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen həyata keçirib. Tibbdən məlumdur ki, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz. 

 

Azərbaycanlı tamaşaçıların yaxşı tanıdığı məşhur türk sənətçilər Bülənt Ərsoy, Zəki Müren, gənc aktrisa Rüzgar Erkoçlar da əməliyyatla cinsini dəyişdirənlərdəndir.
Kişi olaraq doğulan B.Ersoy 1982-ci ildə 40 min dollar ödəyərək Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olub. Onun həmkarı Zəki Müren isə əvvəlcə kişi olub, əməliyyatla qadına çevrilib.
Bir neçə il öncə anoloji əməliyyatla cinsini dəyişdirən türk aktrisası Rüzgar Erkoçlar isə artıq kişi cinsinə mənsubdur.

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli Modern.az saytına cinsin dəyişdirilməsi əməliyyatlarının ölkəmizdə qanunla müəyyən olunmadığını açıqlayıb:

 “Bunun üçün yasal qanunlar yoxdur. Bizə müraciət edənlər əsasən anomaliyalı, problemli şəxslərdir. Yoxsa “mən qadınam kişi olmaq istəyirəm”, yaxud “mən kişiyəm qadın olmaq istəyirəm”,- deyə bizə müraciət etmirlər.

Bir insan həm kişi, həm də qadın cinsiyyət orqanına malik ola bilir. Bu kimi xəstələr bizə daha çox müraciət edir. Biz onlardakı patologiyaları aradan qaldırmaqla həmin insanları cəmiyyətə yenidən qazandırırıq. Bunun üçün əvvəlcə genetik araşdırmalar aparılır. Bundan sonra əməliyyata başlayırıq”.

 

Cərrah bildirib ki, bunlar uşaqlıqdan gələn patologiyalardır:

“Əməliyyatları edərək insanları qüsurdan qurtarmaq lazımdır. Bu əməliyyatlar əsasən 14 və 18 yaşından sonra icra olunmalıdır. Amma qüsura görə əməliyyatların icra olunması üçün yaş dəyişə bilir. Ağır deformasiyalı hallarda 5-6 yaşlarında da əməliyyatların icra edilməsi göstəriş ola bilər. Bizim də belə xəstələrimiz olub”.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir