Modern.az

Azərbaycandan əntiq malların çıxarılmasının qarşısı alındı-  FOTOLAR

Azərbaycandan əntiq malların çıxarılmasının qarşısı alındı-  FOTOLAR

21 Fevral 2017, 12:39

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdinin qarşısını alıblar.

İdarənin “SınıqKörpü”gömrük postun da Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.

DGK Mətbuat Xidmətinin mətbuat xidmətindən Modern.az-a verilən, məlumata görə, Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib.

Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı