Modern.az

Gömrük Komitəsi vergi və rüsumlardan yayınan şirkətlərin adlarını açıqladı - SİYAHI

Gömrük Komitəsi vergi və rüsumlardan yayınan şirkətlərin adlarını açıqladı - SİYAHI

21 Fevral 2017, 12:45

 “Son gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq  hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq, malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən  yayınmağa çalışır”.

     
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.  Komitə bir daha xatırladır ki, gömrük orqanları və gömrük əməkdaşları  gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin  fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək.

 
Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra  invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi  müəyyən edilib.

  

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“İmperial Ceramic Centre” MMC

14545,14 AVRO

33400,32 AVRO

18855.18 AVRO

2

Mamedov Məmməd  Oktay oğlu

62196 ABŞ dolları

290830 AVRO

251642.89 ABŞ dolları

3

“Prestij-S.E” MMC

1792.80 ABŞ Dolları

14566 AZN

11139.77992 AZN

4

Seyidquliyev Rövşən Arif oğlu

26720 ABŞ dolları

 50050 ABŞ dolları

23330 ABş dolları

5

“Vitol-L Group” MMC

42000 ABŞ dolları

88200 ABŞ dolları

46200 ABŞ dolları

6

Abbasov şənlik Fəxrəddin oğlu

25896 ABŞ dolları

55960 ABŞ dolları

30064 ABŞ dolları

7

“Avrosof” MMC

41890 ABŞ dolları

 75000 ABŞ dolları

33110 ABŞ dolları

 

8

 

LOTOS-2016 MMC”

 31375.4 AZN

60567.35 AZN

29191.95 AZN



Cədvəldən də göründüyü kimi ümumilikdə   384346.89 ABŞ dolları, 18855.18 avro və 40331.72992 manat vəsaitin  gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

     
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən  yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq  ictimaiyyətə açıqlanacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu