Modern.az

Səhiyyə Nazirliyi: "Azərbaycanda daha 8 nəfərdə "donuz qripi" aşkarlanıb"

Səhiyyə Nazirliyi: "Azərbaycanda daha 8 nəfərdə "donuz qripi" aşkarlanıb"

Ölkə

9 Noyabr 2009, 12:38

Noyabrın 9-da Səhiyyə Nazirliyi Azərbaycanda A(H1N1) virusuna ("donuz qripi") yoluxmuş daha 8 xəstə aşkar edildiyi barədə məlumat yayıb. Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstələrdən 3-ü Ukraynadan, 1-i Türkiyədən gələn vətəndaşlarımız, 1-i İngiltərədən gəlmiş xarici vətəndaş, digər 3-ü isə Ukraynadan gəlmiş xəstələrlə təmasda olmuş Bakı şəhər sakinləridir. Xəstələrdən 2-si stasionar, digərləri isə ambulator şəraitdə müalicə alırlar. Bütün xəstələrin vəziyyəti kafidir. Bununla da noyabrda Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı 11-ə çatıb. Xatırladaq ki, Azərbaycanda "donuz qripi" ilk dəfə bu ilin iyun ayında 2 nəfərdə aşkarlanmışdı. Həmin xəstələrin müalicəsi müsbət nəticələndi. Noyabrın 4-5-də isə 3 nəfərdə bu qripə yoluxma qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər