Modern.az

Sərxoş sürücü zəncirvari qəza törətdi: yaralananlar var

Sərxoş sürücü zəncirvari qəza törətdi: yaralananlar var

21 Fevral 2017, 21:19

Bakı-Qazax magistral yolunda zəncirvari avtoqəza baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun 392-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, Şəmkir şəhər sakini, 1963-cü il təvəllüdlü Abbasəli Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn, 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Qalib Hüseynovun idarə etdiyi "VAZ-21014" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "VAZ-21014" markalı avtomobil hərəkətdə olan başqa bir "VAZ-2106" markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində "VAZ-21014"ün sürücüsü və A.Əhmədov yüngül xəsarət alıb, digər avtomobildə isə xəsarət alan olmayıb.

 

Qəzaya A.Əhmədovun avtomobilini sərxoş halda idarə etməsinin səbəb olduğu müəyyənləşib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir