Modern.az

Ukrayna da "referendum"u tanımadı

Ukrayna da "referendum"u tanımadı

21 Fevral 2017, 22:30

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ regionunda keçirilən qondarma "konstitusiya referendumu"nu daha bir ölkə qeyri-legitim hesab edir. Modern.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi də bu barədə bəyanat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib ki, "Referendum" Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir: “Referendum” heç bir hüquqi nəticə kəsb etmir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir