Modern.az

Britaniya “Maqnitski qanunu”nu təsdiqlədi

Britaniya “Maqnitski qanunu”nu təsdiqlədi

21 Fevral 2017, 23:54

Böyük Britaniyanın İcmalar palatası bu gün “Maqnitski düzəlişi”ni təsdiq edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, parlament üzvləri qanun layihəsinə yekdilliklə səs veriblər. Bu qanun ölkə rəhbərliyinə imkan yaradır ki, dünyanın istənilən nöqtəsində insan haqlarını pozan xarici ölkə vətəndaşlarının əmlakına həbs qoysun.

Qeyd edək ki, Sergey Maqnitski 2009-cu ildə Moskvadakı “Matrosskaya tişina” adlanan həbsxanada dünyasını dəyişmiş auditordur. O, “Hermitage Capital Management” fondunun vergidən yayınma hallarının araşdırılması üzrə cinayət işi çərçivəsində həbs edilib. Mərhum auditorun həmkarları əmindirlər ki, Rusiya hakimiyyəti Maqnitskidən 230 milyon dollarlıq korrupsiya sxeminin ifşa edilməsinə görə qisas alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu