Modern.az

Antarktidakı nəhəng buz dağında parçalanma

Antarktidakı nəhəng buz dağında parçalanma

Dünya

22 Fevral 2017, 00:42

NASA mütəxəssisləri Antarktidada nəhəng buz dağının parçalanması ilə bağlı peykdən çəkilmiş görüntüləri yayıblar. Modern.az xəbər verir ki, Payn-Aylend aysberqindən ayrılan buz hissəsinin uzunluğu 4 kilometrə yaxındır.

Musavat.com-un məlumatına görə, Payn-Aylend buzlağının dörddə bir hissəsinin sürətlə parçalanmağa doğru getməsi planetimizin cənub materikində baş verən ən böyük hadisələrdən biri kimi qiymətləndirilir.

İki il öncə həmin aysberqdən indikindən on dəfə böyük buz parçası ayrılmışdı. Prosesin sürətlənməsi qlobal iqlim dəyişikliyi, böyük istiləşmə ilə bağlıdır. Alimlərin ehtimalı özünü doğrultmaqda davam edir, belə ki, Antarktidanın nəhəng “buz qalxanı” ötən illərə nisbətən daha sürətlə deqradasiyaya uğrayır.

Atmosfer vəziyyəti, okean sularında baş verən kəskin temperatur dəyişikliyi aysberq dağlarının sürətlə əriməsindən, bu prosesin davamlı olacağından xəbər verir.

Buzlaqlar diyarı Antarktida hər il buz qalxanının 2,8 min kub kilometrini itirir ki, bu da yaxın onilliklərdə buz örtüyünün, demək olar, yarısının yoxa çıxması ilə nəticələnə bilər.

 

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!