Modern.az

Cəbhədə GƏRGİNLİK: Ermənilər hücum etdi, ciddi itkilər verdi - VİDEO

Cəbhədə GƏRGİNLİK: Ermənilər hücum etdi, ciddi itkilər verdi - VİDEO

22 Fevral 2017, 09:37

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilənb məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir